Gəncədə yaşayış binasında yanğın oldu

Hadisə
22:22 / 01.01.2023
28701
Gəncə şəhərində 4 mərtəbəli binada yanğın olub, yaxınlıqdakı mənzillərdə yaşayanlar təxliyə olunub.
Sfera.az-ın məlumatına görə, şəhər ərazisində 4 mərtəbəli binanın 4-cü mərtəbəsində, 1978-ci il təvəllüdlü Rizvan Əliyevə məxsus mənzilin mətbəxində yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvələri cəlb olunub.
Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.
Təhlükəsizlik nəzərə alınaraq yanğının olduğu mənzilə yaxın yaşayan sakinlər təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.