Şamanlardan Rusiya-Ukrayna müharibəsi ilə bağlı proqnoz - Daha böyük təbii fəlakətlər gəlir

Şamanlardan Rusiya-Ukrayna müharibəsi ilə bağlı proqnoz - Daha böyük təbii fəlakətlər gəlir

Limadan olan (Peru, Cənubi Amerika) bir qrup şaman Rusiya-Ukrayna müharibəsinin 2023-cü ildə bitəcəyini proqnozlaşdırıb.


Sfera.az “Reuters”ə istinadən bildirir ki, şamanlar təpənin zirvəsində ənənəvi And paltarları geyinərək xüsusi mərasim keçiriblər.



Onlar yeni ili qarşılamaq ritualında Vladimir Zelenski və Vladimir Putinin güllərdən, buxurdan və fotoşəkillərindən istifadə ediblər.



Şaman Kleof Sedano "Bütün bunlar sakitləşəcək. Sülh, əmin-amanlıq olacaq. Biz bunu gördük" - deyib.


Onun sözlərinə görə, iki ölkə arasında sülh müqaviləsi 2023-cü ilin avqustuna qədər imzalanacaq.



Yeri gəlmişkən, şamanlar gələn ildə böyük təbii fəlakətlər proqnozlaşdırıb.



Gələn il zəlzələ olacaq, amma Perunun paytaxtında deyil, başqa yerdə, əsasən xaricdə Amerikanın şimal hissəsində-bu daha çox ABŞ ola bilər.



“Çoxlu faciələr yaşanacaq, əsasən də iqlimlə bağlı”- şaman Valter Alarkon deyib.



Xatırladaq ki, 2022-ci ilin sentyabrında katib Aleksiy Danilov Ukraynada müharibənin bitmə vaxtı barədə proqnozlarını verib. Onun fikrincə, Rusiya ilə müharibə tez bitməyəcək, amma illərlə də davam etməyəcək.



Eyni zamanda, Ukrayna Gələcək İnstitutu Rusiya ilə müharibənin sonunun 2023-cü ilin may və ya oktyabrında olacağını proqnozlaşdırıb. Bunu üç amil göstərir.


Birincisi; Rusiya Ukraynaya hərbi əməliyyatların gedişinə heç bir təsir göstərməyən, lakin çətinliklə ölkə daxilində yığılan 3-cü Ordu Korpusunu daxil edib.

İkincisi; Rusiyanın raket və artilleriya ehtiyatları tükənmək üzrədir.

Üçüncü amil Rusiyanın “Şimal axını 1” layihəsini dayandırması və Aİ-yə qaz nəqlini kəsməsidir.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...