Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edildi

Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edildi

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

Dəyişikliklərə əsasən, aşağıdakı məzmunda 3.1.43-1-ci və 3.1.43-2-ci yarımbəndlər əlavə edilir:

 

"3.1.43-1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatları "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil etmək;

 

3.1.43-2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında məlumatları "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;”.

 

Tarif (qiymət) Şurası Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancına görə tarifləri (gömrük orqanlarının sərəncamında olan anbarlarda malların saxlancına görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş gömrük yığımlarının məbləğindən az olmamaqla) iki ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir



OXŞAR XƏBƏRLƏR

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

Polşa Ukraynadan gələn miqrantları qəbul etməkdən imtina edib.   Sfera.az bildirir ki, Avropa İttifaqının qaçqınları bölüşdürmək qərarına baxmayaraq...

İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə GÖNDƏRİLƏCƏK

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.   Sfera.a...

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Hamiləlik zamanı stress hormonlarına məruz qalmaq oğlanların IQ səviyyəsini aşağı saldığı müəyyən edilib.   Sfera.az xəbər verir ki, bu barədə Danim...

"Bu gecə saat 02:00-dan..." - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ!

Bu gecə saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti is...

XİN: "Azərbaycan Tayvanın müstəqilliyini tanımır"

Azərbaycan "vahid Çin" siyasətini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhb...

İlham Əliyev: "Regionda sülh üçün tarixi imkanlar yaranıb"

Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yarandığını bəyan edib. &...