İş həyatında zirvəni fəth edəcək bürclər: 2023-cü il onlara uğur gətirəcək

İş həyatında zirvəni fəth edəcək bürclər: 2023-cü il onlara uğur gətirəcək

2023-cü il bəzi bürclərin iş həyatına şans gətirəcək. Bu bürclər uğur nərdivanını sürətlə qalxaraq karyeralarının zirvəsində olacaqlar.

Sfera.az bu dəfə həmin bürcləri təqdim edir.

 

Xərçəng bürcü - 2023-cü il istədiklərinizi əldə etmək üçün uğurlu ildir. Siz il ərzində zəhmətləriniz və fədakarlıqlarınızın bəhrəsini alacaqsınız. Bu bürcün nümayəndələri adətən introvert insanlar olur. Amma bu ildən etibarən onlar çox diqqət mərkəzində olacaqlar.

 

Şir bürcü - Qətiyyətli və iddialıdırlar. Onlar öz ideyalarını həyata keçirmək üçün yorulmadan çalışırlar. Adətən heç kimə qulaq asmırlar və dikbaşdırlar. Şir bürcləri bu il zəhmətlərinə görə mükafatlandırılacaqlar. Çoxdandır, gözlədikləri yüksəlişi əldə edə bilərlər. Danışan, ünsiyyətcil və zehni zəkalı təbiətləri ilə yaxşı bir komanda lideri olacaqlar.

 

Tərəzi bürcü - Əsasən qərarsız olan tərəzilər 2023-cü ildə zəifliklərini aradan qaldıra biləcəklər. Onlar adətən özlərindən çox ətrafdakı insanlar haqqında düşünürlər. Bu il isə bu bürcün nümayəndələri bütün diqqətlərini özlərinə yönəldəcəklər. İş həyatında mütləq uğur qazanacaqlar. Uzun müddət çalışdıqlarına görə mükafatlarını alacaqlar.

 

Oğlaq bürcü - Astrologiyada zəhmətkeşliyi ilə tanınırlar. 2023-cü il onlara güclərini artırmağa və nüfuzlu mövqeyə çatmağa kömək edəcək. Onlar sadəcə vəziyyəti müəyyənləşdirməli və fürsətdən istifadə etməlidirlər, əks halda bu, onların əlindən itə bilər.

 

Balıq bürcü – Nəhayət arzularını həyata keçirə biləcəklər. 2023-cü ildə gülümsəyəcək bürclər arasında yer alan balıqlar iş həyatında hədəflərinə çatacaqlar. Onlar öz istedadlarını və fərqli düşüncələrini nümayiş etdirmək imkanı əldə edəcəklər.

 

Qoç, Buğa, Əkizlər, Qız, Əqrəb və Dolça gələn il daha çox şəxsi həyatlarına diqqət yetirəcəklər. Onlar diqqət mərkəzindən uzaq durmağa, həyat yoldaşına və ailəsinə diqqət yetirməyə çalışacaqlar.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

"Silahlarımız tam döyüş hazırlığındadır" - Lavrov

"Rusiya heç bir nüvə müharibəsi istəmir və hesab edir ki, “qırmızı düymə”nin nə vaxt basılması ilə bağlı söhbətlər yersizdir".   ...

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə TƏLƏB EDİLDİ

“Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.   Sfera.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin ha...

ABŞ yeni yardım paketi ilə Ukraynaya F-16 raketlərini göndərə bilər

ABŞ Ukraynaya yeni hərbi yardım paketinə F-16 qırıcıları üçün orta mənzilli raketlərin daxil edilməsi imkanını dəyərləndirir.   Sfera.az xəbər verir ...

KİV: "ABŞ Alyaskaya əlavə qüvvələr cəmləyir"

Rusiya və Çinin regionda fəallığının artması fonunda ABŞ hakimiyyəti Alyaskaya əlavə qüvvələr göndərir.   Sfera.az xəbər verir ki, bu barədə Amerikan...

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat AŞKARLANDI

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Sfera.az-a Daxili İşlər...

Göygöldə ikimərtəbəli evdə yanğın oldu

Göygöldə ikimərtəbəli evdə yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonunun ...