Çin ölkəyə gələnlər üçün karantin öhdəliyini ləğv etdi

Çin ölkəyə gələnlər üçün karantin öhdəliyini ləğv etdi

Çin Milli Səhiyyə Komissiyası yanvarın 8-dən etibarən ölkəyə gələnlər üçün karantin öhdəliyinin ləğv ediləcəyini açıqlayıb.

Sfera.az bildirir ki, qərar Asiya birjaları tərəfindən müsbət qarşılanıb. Yeni qaydalar çərçivəsində COVİD-19  “A sinfi yoluxucu xəstəliklər” siyahısından çıxarılaraq “B sinfi”nə əlavə edilib.  Xəbər yayılandan yarım saat sonra sərhədyanı axtarışların sayı 10 dəfə artıb. Eyni zamanda 15 dəqiqə ərzində beynəlxalq uçuş axtarışları yeddi dəfə artıb, siyahıda əsasənTayland, Yaponiya və Cənubi Koreya yer alıb.

 

Çinin “Sıfır Kovid” siyasətindən imtina etməsi hansı dəyişikliklərə səbəb olacaq?

 

Bununla bağlı fikirlərini bölüşən iqtisadçı-deputat Vüqar Bayramov vurğulayıb ki, artıq səfərdən 48 saat öncə neqativ koronavirus test nəticəsi olan xaricilər heç bir əlavə tələb olmadan Çinə səfər edə biləcəklər.

 

“Çinin bu addımı bir tərəfdən strateji məhsullara, o cümlədən neftə olan tələbin artmasına səbəb olmaqla 2023-cü ildə qlobal iqtisadi artımı stimullaşdıracaq. Bu isə qlobal iqtisadiyyat üçün xoş xəbər hesab olunur. Çin ilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Ötən il ticarət dövriyyəmiz 1.7 milyard dollardan çox olub. Bu isə o deməkdir ki, Çində sərt karantin qaydalarının aradan qaldırılması Azərbaycan vətəndaşlarının, xüsusən də sahibkarların da səfərlərinə təsirsiz ötüşməyəcək”, deyə V.Bayramov əlavə edib.

 

Qeyd edək ki,  Çinin lideri Si Cinpinin yaxın vaxtlara qədər müdafiə etdiyi  “Sıfır Kovid” siyasəti insanların həyatını məhdudlaşdırdığı və iqtisadiyyata zərər verdiyi üçün tənqid edilirdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...