Azərbaycanda taksi qiymətləri BAHALAŞDI - MƏBLƏĞ

Azərbaycanda taksi qiymətləri BAHALAŞDI - MƏBLƏĞ

Son 10 ildə şəhər daxilində taksi xidmətinin nəzərəçarpacaq dərəcədə ucuzlaşması müşahidə edilsə də, rəsmi statistika bunun əksini iddia edir. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2012-ci illə müqayisədə 2022-ci ildə taksi qiymətləri 2 dəfədən çox artıb.


Rəsmi məlumatlara görə, 2012-ci ildə bir gedişin orta qiyməti 2,3 manat olub. Orta qiymət 2013-cü ilin sonunda 2,55 manata, 2018-ci ilin sonunda 3,4 manata yüksəlib. 2018-ci ildəki qiymətlər 2020-ci ilin sonuna qədər sabit qalıb və 2021-ci ildən qiymətlərdə sıçrayiş qeydə alınıb. 


2021-ci ildə qiymətlərdəki sıçrayışlı artımdan sonra bahalaşma davam edib. Belə ki, 2021-ci ilin yanvarında bir gedişin qiyməti 4,9 manata yüksəldikdən sonra ilin sonunda 5,1 manata, 2022-ci ilin noyabrın sonunda isə 5,25 manata yüksəlib.


Müqayisə göstərir ki, 2022-ci ilin sonunda taksi qiymətləri 2012-ci ilə nisbətən 2,3 dəfəyə yaxın, son 2 ildə isə 55 faiz artıb.  


Vasif
 


OXŞAR XƏBƏRLƏR