Keçmiş prezident 81 yaşında ƏFV EDİLDİ

Keçmiş prezident 81 yaşında ƏFV EDİLDİ

Cənubi Koreyanın keçmiş prezidenti, iki ildir ki, həbsdə olan Li Myung Bak əfv edilib. 


Sfera.az xəbər verir ki, Li Myung 2020-ci ildə 17 il həbs cəzasına məhkum edilmişdi.  Əfv qərarı dekabrın 28-də qüvvəyə minəcək. 


Prezident Yun Seok Yeolun imzaladığı qərara əsasən, əfv edilən 81 yaşlı eks-prezidentə 2028-ci ilin mayına qədər dövlət vəzifələrində işləmək qadağan olunub. 


Li Myung Bak 2008-2013-cü illərdə prezident vəzifəsində çalışıb. O, vəsaitlərin mənimsənilməsi və külli miqdarda rüşvət aldığı üçün həbs olunub. Eks-prezident həmçinin təqribən 15,7 milyon dollar məbləğində cərimə ödəməyə məcbur edilmişdi. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR