“Sərnişin axını bu stansiyaya yönəldilməlidir” – Tıxaclarla bağlı DAHA BİR TƏKLİF

“Sərnişin axını bu stansiyaya yönəldilməlidir” – Tıxaclarla bağlı DAHA BİR TƏKLİF

“Vaxtilə metronun “Avtovağzal” stansiyası istifadəyə veriləndə “Şamaxinka”, “Memar Əcəmi” və “20 Yanvar” metro stansiyalarında bir qədər yüngülləşmə olmuşdu. “Xocəsən” stansiyasının istifadəyə verilməsi də vəziyyəti hiss ediləcək dərəcədə yaxşılaşdıra bilər”.

Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, stansiyanın yaxınlığında nəqliyyat mübadilə mərkəzi yaratmaq zəruridir:

 

“Lökbatandan , o cümlədən “Sədərək”, “Binə” və “Meyvəli” ticarət mərkəzlərindən Ələtədək, şimal-qərb istiqamətində isə Sulutəpədən Pirəkəşkülədək, habelə Xırdalanın qərb tərəfindən sərnişin axınını bu stansiyaya yönəltmək lazımdır. Bunun üçün müəyyən marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməli, stansiya ətrafında və oraya gətirən yollarda hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir. Düşünürəm ki, bundan sonra göstərilən istiqamətdən müntəzəm olaraq sərnişin daşıyan taksilərin də bəziləri tədricən “Xocəsən” stansiyasını seçəcək”.

 

Ekspert qeyd edib ki, belə edilsə, metropolitenin bənövşəyi xətti üzrə indiki hərəkət qrafiki də “Şamaxinka”dakı və “20 Yanvar” zonasındakı sürəkli tıxaclardan daha cazibədar olacaq:

 

“Perspektivdə isə "Xocasən" stansiyası yaxınlığındakı dəmiryol üzərində şəhərətrafı qatarlar üçün stansiya tikmək, Lökbatan-Ələt istiqamətində şəhərətrafı qatarlarala səmərəli sərnişin daşıma təşkil etmək lazımdır. Bənövşəyi xəttin "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlar arası intervalın azaldılması da çox vacibdir”,

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...