Putin Dmitri Medvedevə yeni VƏZİFƏ VERDİ
Dünya
10:47 / 27.12.2022
6855
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi Rusiya Hərbi-Sənaye Komissiyası sədrinin birinci müavini vəzifəsinə təyin edib.
Sfera.az-ın xəbərinə görə, əvvəllər Rusiya Hərbi-Sənaye Komissiyasının əsasnaməsinə əsasən, bu strukturda prezidentin birinci müavini vəzifəsi nəzərdə tutulmurdu.
Qeyd edək ki, Dmitri Medvedev Putinin ən yaxın dostu və silahdaşı olmaqla yanaşı, həm də müxtəlif illərdə Rusiyanın prezidenti və baş naziri olub.
Əzizə