Sərxoş Santa Klaus Britaniyada kəndi xarabalığa çevirdi - VİDEO

Sərxoş Santa Klaus Britaniyada kəndi xarabalığa çevirdi - VİDEO

Şaxta baba paltarı geyinmiş, sərxoş olan bir qrup şəxs İngiltərənin Kornuoll ştatının Anqarrak kəndində zirehli tankla bara getməyə çalışıb. Belə hərəkətləri ilə onlar kiçik bir kənddə əsl xaosa səbəb olublar. Qəzəbli sakinlər polisə müraciət ediblər.



Sfera.az Britaniya mətbuatına istinadən bildirir ki, Milad ərəfəsində tankda olan bir qrup Santa Klaus Britaniya kəndlərinin birində dar küçədən keçməyə çalışıb və zirehli texnikanın dayanmış avtomobilə çırpılmasından sonra ilişib qalıb. Beləliklə, avtomobil keçidin qarşısını kəsib və bu qəzəbli kəndlilərin böyük hiddətinə səbəb olub. Onlar öz narazılıqlarını kişilərə söyüşlə ifadə edib və polis çağırıblar.


Məlum olub ki, Milad qəhrəmanı kimi geyinən kişilər köhnə zirehli texnikanı işə salan hərbi reenatorlardır. Polis isə şəxslərin sərxoş olmasını rəsmi təsdiq etməyib.
Eyni zamanda, yoxlamadan sonra heç kim həbs olunmayıb.
 

Ən maraqlısı odur ki, bundan əvvəl Kornuollda daha üç yaşayış məntəqəsində maskalı bir qrup kişi görünüb. Hadisə şahidlərinin sözlərinə görə, onlar çox mehriban davranıb və uşaqlara onlarla şəkil çəkdirməyə icazə veriblər.
 

Finlandiyada isə Milad mərasimi zamanı 18-ci əsrə aid taxta kilsə yanıb. Yanğın zamanı məbəddə təxminən 30-40 nəfər olub. Polis kilsənin qəsdən yandırıldığını güman edir.

 

Xanım
 


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...