“Gucci” pedofiliyanı təbliğ etməkdə ittiham olundu - Skandal

“Gucci” pedofiliyanı təbliğ etməkdə ittiham olundu - Skandal

İtalyan moda evi “Gucci” pedofiliyanı təbliğ etməkdə ittiham olunub.

 

Sfera.az bildirir ki, buna səbəb musiqiçi Harri Stilsin iştirakı ilə yeni "HA HA HA" kolleksiyasının reklam kampaniyası olub. 

 

Bu reklamda o, uşaq döşəyinin fonunda üzərində çəhrayı ayı şəkli olan köynəkdə rol alıb. 

 

 

Sosial şəbəkə istifadəçiləri və vətəndaşlar isə böyüklər üçün reklamda uşaq atributlarından istifadəni qətiyyətlə pisləyiblər. Onlar böyüklərin uşaq döşəyinin yanında poza verməsi ədəbsiz eyhamlar sayıldığını bildiriblər.

 

 

Şotlandiyalı teleaparıcı Gillian McKeith Tvitter hesabında "Böyük adam Harry Styles niyə Gucci reklamında uşaq döşəyi və oyuncaq ayı ilə çəhrayı köynəklə poza verir? Bu mənim xoşuma gəlmir"- deyib. Twitt digər istifadəçilər tərəfindən də dəstəklənib.

 

 

Çox maraqlıdır ki, “Gucci”nin yaradıcısının nəvəsi, eyni zamanda uşaqlara qarşı cinsi zorakılığa qarşı mübarizəyə həsr olunmuş fondun yaradıcısı Alexandra Zarini də reklam kampaniyası haqqında münasibət bildirib.

 

O, sosial şəbəkədə: "Gucci ən yüksək keyfiyyətli məhsula malik ən zərif brend olmaq üçün yaradılıb. Onun indi tutduğu istiqamət narahatedicidir. Uşaqların müdafiəsi həmişə birinci yerdə olmalıdır və ona gülmək olmaz"-yazıb.

 

 

"HA HA HA" kolleksiyasından şəkillər noyabrın əvvəlində yayımlansa da, kampaniyanı təbliğ edən İnstaqram postu indi yeni reklam dalğasına səbəb olub.

 

Sosial şəbəkə istifadəçiləri bir müddət əvvəl səs-küylü qalmaqala girən “Gucci” və “Balenciaga”nın eyni şirkətə - Keringə aid olmasına da diqqət çəkiblər. “Gucci”isə hələlik etirazlar və tənqidlərə münasibət bildirməyib, Harri Stils özü də də bu barədə açıqlama verməyib.

 

Xatırladaq ki, “Balenciaga” moda evi də internetdə əllərində oyuncaq ayı tutan uşaqların iştirak etdiyi yeni reklam kampaniyasının görüntüləri yayıldıqdan sonra valideynlər tərəfindən tənqid edilmişdi. Bundan sonra ispan markası “Ballenciaga” uşaqların oyuncağı əllərində tutduqları iki şəkli çıxarıb və postları silmişdi.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...