Medvedev Twitter-də jurnalisti blokladı - SƏBƏB

Medvedev Twitter-də jurnalisti blokladı - SƏBƏB

“The Insider” araşdırma layihəsinin rusiyalı jurnalisti Sergey Yejov Təhlükəsizlik Şurası rəhbərinin müavini, Rusiyanın eks-prezidenti Dmitri Medvedevə oğlunun müharibədə iştirakı barədə sual verib.



Sfera.az bildirir ki, jurnalist sualı Twitter-də ünvanlayıb.



Müxbir Medvedevə müdafiə naziri Sergey Şoyqunun çağırış yaşının 30 yaşa qaldırılması təklifini xatırladıb.



"Çağırış yaşı, Şoyqunun dediyi kimi, 30-a çatdırılsa, İlya Dmitrieviç Medvedev adlı "Vahid Rusiya" partiya vəsiqəsi olan bu vətənpərvər vətəndaşın hələ də vətəninə xidmət etmək şansı var. Çağırış şurasına ilk gedən, o olacaq, elə deyilmi, Dmitri Medvedev”?


Dmitri Medvedev Yejovun sualına cavab vermək əvəzinə onu sosial şəbəkədə bloklayıb. Jurnalist qara siyahıya əlavə olunduğu skrinşotu yayımlayıb.



"İnanmayacaqsız, ama o məni blokladı" -Yejov paylaşarkən belə yazıb.



Bəs Dmitri Medvedevin oğlu nə ilə məşğuldur?



İlya Medvedev 1995-ci ildə Sankt-Peterburqda anadan olub. “The Insider” yazır ki, o universiteti bitirdikdən dərhal sonra “EM Wye Group” ASC-də işə düzəlib. 2018-ci ildə o, şirkətdən 3 milyon rubldan çox gəlir əldə edib.



Sabiq prezident oğlunun rəqəmsal iqtisadiyyatda özəl biznes layihələri ilə məşğul olmağa çalışdığını bildirib.


“EM Wye Group”un rəhbəri keçmiş Rusiya energetika naziri İqor Yusufovun kiçik oğlu, Forbes jurnalına görə Rusiyanın ən varlı adamı Maksim Yusufovdur (1,1 milyard dollar sərvətlə 86-cı yer).



Jurnalistlər İlya Medvedevin ən azı 2016-cı ildən 2018-ci ilə qədər “VKontakte” MMC və Mail.ru-dan maaş aldığını bildirib. Bu şirkətlər o vaxt rus rəqəmsal maqnat Əlişir Usmanova məxsus idi və The Insider onun da Medvedyevlə əlaqəsi olduğunu iddia edir.


Rusiya ordusuna çağırış - Şoyqu çağırışçıların yaş həddini anlayışla qarşılamağa çağırır



Rusiyanın müdafiə naziri Sergey Şoyqu dekabrın 21-də nazirliyin genişləndirilmiş kollegiyasının iclasında çağırışçılar üçün yaş həddinin 18-dən 21-ə, məhdudiyyətin isə 27-dən 30-a qaldırılmasını təklif edib.



Onun sözlərinə görə, Rusiya Federasiyasında hərbi xidmətə çağırış yaşı mərhələli şəkildə artırılacaq. Nazir həmçinin Rusiya silahlı qüvvələrinin sayını 1,5 milyon nəfərə çatdırmağı təklif edib.

 

Aynil

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...