"Avatar"a görə 250 milyon dollarından oldu

"Avatar"ın yaradıcısı Ceyms Kemeron amerikalı aktyor Mett Deymonun qazanmadığı milyonlara görə peşman olduğunu açıqlayıb. Rejissorun sözlərinə görə, aktyor 2009-cu ildə ilk filmdə baş roldan imtina etdiyinə görə hələ də özünü qınayır.
Sfera.az bildirir ki, Ceyms Kameronun sözlərinə görə Deymon həmin vaxt Bourn obrazının çəkilişlərində iştirak edib və buna hər iki layihəni birlikdə idarə edən bilməzdi.
Avatardan imtina etmək yaxşı maliyyə qərarı olmasa da, Deymon bunun düzgün mənəvi qərar olduğu qənaətindədir.
"O, buna görə hələ də özünü danlayır. Mən də deyirəm ki, "Matt, sən dünyanın ən böyük kino ulduzlarından birisən, bununla məşğul ol”-Kameron deyib.
“O, başqa bir Bourne filmində çəkilirdi. Ona görə heç nə edə bilmədik. Buna görə də təəssüflə imtina etməli oldu”-deyə o, əlavə edib.
Kemeron Deymonun filmin gəlirlərinin 10%-ni alacağı müqavilə təklif edib.
“Avatar” isə kino tarixində büdcəsi 2 milyard dolları keçən ilk film olub. Bununla da məşhur aktyor 250 milyon dollardan çox gəlir əldə edə bilərdi.
Xatırladaq ki, “Avatar: Suyun Yolu” filmi dünya üzrə ilk həftəsonu 435,5 milyon dollardan çox gəlir əldə edib. Bu isə yayımlanarkən 241,6 milyon dollar gəlir gətirən ilk “Avatar”dan təxminən iki dəfə çoxdur.
Aynil