Zaxarova Zelenskini Qərbin “köpək oğlu”su adlandırdı

Zaxarova Zelenskini Qərbin “köpək oğlu”su adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidentinin Baxmuta səfərini tamaşa adlandırıb və Kiyevə gözlənilməz nəticələri olan təhlükəli addımlardan uzaq durmaq barədə xəbərdarlıq edib.



Mariya Zaxarova həmçinin Ukrayna prezidenti Vladimir Zelenskini Qərbin “köpək oğlu”su və Rusiyaya qarşı mübarizə aləti adlandırıb.



Sfera.az xəbər verir ki, bu barədə o dekabrın 22-də keçirdiyi brifinqdə bildirib.



“(Qərb ölkələri) o prinsip əsasında hərəkət edirdilər ki, Zelenski onların köpək oğludur və buna görə də ona hər şeyə icazə verilir. O təkcə onların köpək oğlusu deyil, həm də ölkəmizə qarşı mübarizə aparan alətidir. Yaxşı, nə deyim, belə psevdodemokratik yanaşma Kiyevin yolverilməzlik və cəzasızlıq hissini daha da gücləndirir və onu gözlənilməz nəticələrlə son dərəcə təhlükəli addımlara sövq edir”- deyə Zaxarova bildirib.



Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü həmçinin Ukrayna prezidentinin dekabrın 20-də Donetsk vilayətində Baxmuta səfərini “PR kampaniyası” və “səhnələşdirmə” adlandırıb.



"Tamaşa xarici auditoriya, ilk növbədə ABŞ üçün nəzərdə tutulmuşdu- Zelenskinin ora niyə getdiyi aydındır. O, qorxmaz kovboy timsalında amerikalı kuratorlar qarşısına çıxmalı və onsuz da əhəmiyyətli hərbi yardımın artırılmasını tələb etməli idi".



Qeyd edək ki, Zaxarovanın sitat gətirdiyi “bizim köpək oğlumuz” ifadəsi ABŞ prezidenti Franklin Ruzveltə aid edilir. Ruzvelt 1939-cu ildə antikommunist çıxışına nikaraqualı hərbçi və dövlət xadimi Anastasio Somoza Garciaya xitabən belə deyib.



Xatırladaq ki, Rusiya səlahiyyətli nümayəndələri tərəfindən bu ifadəyə istinad edilən ilk hal deyil. Noyabrın 18-də Rusiyanın keçmiş prezidenti, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Zelenskiyə xitab edərək : “Amerika həmişə öz dostlarını və ən yaxşı köpək uşaqlarını tərk edib”-deyib.



Xatırladaq ki, dekabrın 21-də Zelenski Co Baydenlə görüşmək üçün Vaşinqtona gedib. Danışıqlardan sonra liderlər birgə mətbuat konfransı keçiriblər. Bu zaman Bayden "Patriot" zenit-raket komplekslərinin Kiyevə verildiyini təsdiqləyib.


Aynil
 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...