Zelenski ABŞ-a belə getdi - Gizli saxlanılan əməliyyatın TƏFƏRRÜATLARI

Zelenski ABŞ-a belə getdi - Gizli saxlanılan əməliyyatın TƏFƏRRÜATLARI

Ukrayna lideri Zelenskinin ABŞ-a gizli səfərinin detalları bəlli olub.

Sfera.az Amerika mətbuatına istinadən bildirir ki, ölkə başçısının təhlükəsiz şəkildə Vaşinqtona çatmasını təmin etmək üçün NATO-nun casus və ABŞ döyüş təyyarələrindən istifadə edilib. Məlumata görə, son ana qədər açıqlanmayan səfər Polşanın Rzesov şəhərində başlayıb.

 

Ukrayna liderini Avropadan ABŞ-a yola salmaq üçün dünən saat 08:15-də ABŞ-ın “Boeing C-40” hərbi-nəqliyyat təyyarəsi havaya qalxıb. Bundan bir saat əvvəl Almaniya Zelenskinin Rusiya sualtı qayıqlarının gəzdiyi təhlükəli geniş Şimal dənizinə asanlıqla keçməsi üçün “Boeing AWACS” casus təyyarəsini göndərib.

 

Zelenskinin təyyarəsi İngiltərə üzərindən keçərkən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı Böyük Britaniya aviabazasından havaya qalxaraq Ukrayna liderinin uçuşunu müşayiət edib. F-15 qırıcısı Zelenskinin təyyarəsi Şotlandiyadan keçdikdən az sonra Suffolk ştatının Mildenhalldakı bazasına qayıdıb. Minlərlə insan Ukrayna liderinin Polşadan ABŞ-a uçuşunun ən azı bir hissəsini onlayn izləyib.

 

Təyyarə qısa müddət ərzində Berlin səmasında, daha sonra isə Qrenlandiya sahillərində müşahidə edilib. Zelenskini daşıyan təyyarə saat 20.00 radələrində paytaxt Vaşinqtondakı “Joint Base Andrews” Hərbi Hava Limanına eniş edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...