Mədəniyyət naziri vəzifəsindən azad edilməyib - FOTOFAKT

Mədəniyyət naziri vəzifəsindən azad edilməyib - FOTOFAKT

Bu gün mədəniyyət naziri Anar Kərimov tanınmış və istedadlı heykəltaraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib.

 

Qeyd edək ki, bu gün mediada Anar Kərimovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılmışdı. Mədəniyyət nazirinin məhz bu gün rəssamı “Şuşa 270” döş nişanı ilə təltif etməsi yayılan məlumatları təkzib edir və nazirin işinin başında olmağının göstəricisi kimi qiymətləndirilir.

 

Anar Kərimov Xalq rəssamı ilə görüşü zamanı uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü də bildirib.

 

Xatırladaq ki, Ömər Eldarovu təbrik edənlər arasında Prezidentin köməkçisi Anar Ələkbərov da olub.

 

Orxan

 

 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...