Bu dəyişikliklər maaş və pensiyaların artırılmasına imkan verəcək – ŞƏRH

Bu dəyişikliklər maaş və pensiyaların artırılmasına imkan verəcək – ŞƏRH

2022-ci il Azərbaycanda makroiqtisadi göstəricilərin xeyli yaxşılaşdığı illərdən biri kimi yadda qalacaq. Bu il ümumi daxili məhsul (ÜDM) istehsalının həcmində, istehsalın artım sürətində, əhalinin real gəlirlərinin artmasında, xarici ticarət dövriyyəsində, cari əməliyyatlar və tədiyə balansında, dövlət büdcəsinin gəlir və xərclərinin balansında, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında və s. mühüm göstəricilərdə müsbət dəyişikliklər oldu. 


Sfera.az bildirir ki, cari ildə ÜDM istehsalının 131 milyard manatı, yəni 77 milyard dolları keçməsi proqnozlaşdırılır. Əgər proqnoz özünü doğruldarsa, Azərbaycanda ÜDM istehsalında yeni rekord göstərici qeydə alınacaq. İndiyə qədər ən yüksək göstərici 2014-cü ildə qeydə alınan 75 milyard dollar idi. Bu il həmin göstəricidə yeni rekord qeydə alınacaq. 


ÜDM-in adambaşına düşən hissəsində də ciddi dəyişiklik baş verəcək. Ötən il 5400 dollar olan adambaşına düşən istehsal bu ilin sonunda 7600 dollara çatacaq. 
2022-ci ildə ÜDM-in artım sürəti də yaxşdır. 2021-ci ildə ÜDM istehsalında artım 5,6 faiz olmuşdu, bu il isə artım 4,8 faizdir. Ötən il ÜDM-in artım sürətində qeydə alınan nəticə 2013-cü ildən sonrakı ən yüksək göstərici idi. 


Lakin nəzərə alaq ki, ötənilki böyümə sürətinin güclənməsi 2020-ci ildə iqtisadiyyatın karantin tədbirlərindən sonra kiçilməsi ilə bağlı olub. İki il əvvəl ÜDM istehsalı 4,2 faiz azaldığından 2021-ci ildə istehsalın 5,6 faiz artması mühüm göstərici hesab oluna bilməz. Amma 2021-ci ildəki böyümədən sonra 2022-ci ildə iqtisadiyyatın daha 4,8 faiz böyüməsi çox önəmli nəticədir. Bu baxımdan cari dövrdəki iqtisadi artım aktivliyin yüksək olmasından xəbər verir. 


Əsas makroiqtisadi göstəricilərdən biri də əhalinin gəlirləridir. Yüksək inflyasiyaya baxmayaraq, bu il əhalinin real gəlirlərində ciddi artım gözlənilir. İlin 11 ayında nominal gəlirlər 20,5 faiz artıb, inflyasiya isə 13,8 faiz olub. Deməli, real gəlirlər 6,7 faiz artıb. Son illərdə belə yüksək real gəlir olmamışdı. 


Gəlirlərin bir hissəsini təşkil edən ortaaylıq nominal əməkhaqqında bu il 14,5 faiz artım qeydə alınıb və 830 manatı ötüb. 


Cari dövrdə dövlət büdcəsinin gəlirlərləri də xeyli artıb. Büdcə gəlirləri 30 milyard manatı keçib ki, bu da son illərin ən yaxşı nəticələrindən biridir. 


Digər mühüm göstəricilərdən əhalinin banklardakı əmanəti 11,5 milyard manatı, kredit qoyuluşları 20 milyard manatı ötüb. 


Azərbaycanın cari əməliyyatlar balansında isə profisit xeyli dərəcədə böyüyüb. 2022-ci ilin 9 ayında profisit 17,7 milyard dolları ötüb ki, bu da 2021-ci ildəki 12 aylıq göstəricidən 2 dəfə böyükdür. 


Cari əməliyyatlar balansında böyük profisitin yaranması xarici ticarətdəki müsbət dinamika ilə bağlı olub. Bu il xarici ticarətdə müsbət saldo 23,4 milyard dolları ötməklə son illərin rekord səviyyəsinə yüksəlib. Ticarətdə yaranan müsbət saldonun həcmi idxal xərclərindən təxminən 2 dəfə böyükdür. 


Sadalanan əsas makroiqtisadi göstəricilərin yaxşılaşması dövlətin sosial xərclərində dəyişiklik etməsinə imkan yaradacaq. 2022-ci ildəki nəticələr növbəti ildə pensiyaların, təqaüd və müavinətlərin, eyni zamanda əməkhaqlarının artırılmasına səbəb olacaq. Gələn il inflyasiya riskləri nəzərə alınaraq vacib sosial xərclərdə artımların olacağı gözlənilir.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Xarici media subyektləri ilə bağlı tələblər təsdiq edildi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...