97 yaşlı keçmiş həbs düşərgəsinin işçisi həbs edildi - FOTO

97 yaşlı keçmiş həbs düşərgəsinin işçisi həbs edildi - FOTO

Almaniyada İtzehoe şəhərinin rayon məhkəməsi işğal olunmuş Polşa ərazisində yerləşən Ştuttof konsentrasiya düşərgəsinin 97 yaşlı keçmiş əməkdaşı İrmqard Furçneri iki il şərti cəzaya məhkum edib.



Sfera.az bildirir ki, İrmqard Furçner Stutthofda katib vəzifəsində çalışıb.Mülki mövqeyinə baxmayaraq, o, 11.000-dən çox məhbusun qətlində şərik olmaqda təqsirli bilinib. Məhkəmə təqsirləndirilən şəxsə şərti cəza verib.


Məhkəmə bir ildən çox davam edib. Nəticədə hakim Dominik Qross Furçneri 11387 Stutthof məhbusunun qətlində şərik olmaqda təqsirli bilib. Məhkəmə həmçinin qadının həbs düşərgəsində beş adam öldürməyə cəhddə günahkar olduğuna qərar verib.



Ferçner mülki mövqe tutmasına baxmayaraq, Stutthof ərazisində baş verənlərdən tam xəbərdar olub.


"Məhkəmə təqsirləndirilən şəxsi fəaliyyətinə görə ədalətli şəkildə mühakimə edib. O, bilərəkdən və könüllü olaraq dəhşətli ölüm “mexanizminin” üzvü olub"-Litva və İsraildən olan həbs düşərgəsində sağ qalan məhbusların maraqlarını təmsil edən Onur Özatın vəkili hökmü şərh edib.


Məhkəmə zamanı Furçner əsasən ona verilən suallara cavab verməkdən imtina edib. O, yekun nitqində baş verənlərdən təəssüfləndiyini və müharibə zamanı həbs düşərgəsində olduğuna görə peşman olduğunu bildirib.



Bu, demək olar ki, tarixdə nasist hərbi cinayətkarlarının son məhkəməsi ola bilər.



İrmqard Furçner 18 yaşında konsentrasiya düşərgəsində makinaçı kimi işə düzəlir və 1943-cü ilin iyunundan 1945-ci ilin aprelinə qədər orada işləyir. O, komendantlıqda əsasən sənədləşmə işləri ilə məşğul olub.



Ümumilikdə Stutthofda yəhudi məhbuslar, polyaklar və əsir götürülmüş sovet əsgərləri də daxil olmaqla, 65 minə yaxın insan dəhşətli şəraitdə həlak olub. 1944-cü ilin iyun ayından bəri düşərgədə minlərlə insan qaz kameralarında boğularaq öldürülüb.

 

Aysel

 

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...