Nikol Kidman qızları ilə paparassilərin obyektivinə tuş gəldi - FOTO

Hollivud aktrisası, bir zamanların ən parlaq ulduzu Nikol Kidman həyat yoldaşı Keyt Urban və surroqat (daşıyıcı) ana tərəfindən dünyaya gələn qızları - 14 yaşlı Sunday, 12 yaşlı Faith Sidney hava limanında fotoqrafların obyektivinə tuş gəlib.
Sfera.az bildirir ki, Avstraliyada olan və bu yaxınlarda konsert verən 55 yaşlı musiqiçi Keyt Urban Milad bayramı üçün yanına gələn ailəsi ilə görüşüb.
Nikol təmkinli görünməyə çalışıb və uçuş üçün düz kəsim cins şalvar, boz rəngli jumper və ağ idman ayaqqabısı geyinib. Gözəl ulduz görünüşünü uzunsov qara palto, qara papaq, gün eynəyi və sırıqlı əl çantası ilə tamamlayıb.
Böyük qızı boz kostyum, ən kiçiyi isə sviter və qısa ətək seçib. Nikolun həyat yoldaşı da qeyri-rəsmi görünüşə üstünlük verib: köynək, jaket və qara idman şalvar.
Nikol yaxşı əhval-ruhiyyədə olub, paparassilərə əl yelləyib gülümsəyib.
Qərb mediasına görə, hər iki qız Nikolun əsl surətinə bənzəyir. Kidman həmçinin keçmiş əri Tom Kruzla böyütdüyü İzabella və Konor adlı uşaqları da övladlığa götürüb. Aktrisanın böyük uşaqlarla münasibəti o qədər də yaxşı deyil. Çünki valideynləri boşandıqdan sonra övladları atalarını seçib. Nikol və Tom övladlığa uşaqlar götürməyə qərar vermişdilər, çünki aktrisa özü uşaq dünyaya gətirə bilməyib və iki dəfə ana bətnində körpələrini itirib.
Xatırladaq ki, aktrisa Avstraliyaya səhhəti ciddi narahatlıq doğuran 81 yaşlı anası Janelle ilə daha çox vaxt keçirmək istədiyi üçün uçub: qadın yanvar ayından özünü pis hiss edir.
Nikol Janelle ilə vaxtının məhdud olduğunu bilir və bu ilki Milad bayramını xüsusilə yaddaqalan etməyi planlaşdırır.
Aysel