“Ukrayna tamamilə yox olacaq” – Rusiyalı politoloq
“Hazırda Rusiya-Ukrayna münaqişəsində qərar qəbuletmə dövrüdür”.
Sfera.az bildirir ki, bunu rusiyalı politoloq Yuri Barançik deyib. O, Ukraynanın tamamilə yox ola biləcəyini vurğulayıb.
”Biz bu variantdan çox razıyıq. Ukrayna səriştəsiz dövlətdir və “404-cü regiondur”. Bu ölkənin yeganə ideologiyası Rusiyaya qarşı mübarizədir. Biz öz qaydalarımızı yaratmalıyıq, regionu iqtisadi mexanizmimizə daxil etməliyik”, - deyə o söyləyib.
Ekspert Ukrayna ərazilərinin zəngin olduğunu qeyd edib: “Belarus da bizə qoşula bilər. Ölkəmizi Slavyan dövlətləri birliyinə yüksəltmək lazımdır”.
Qeyd edək ki, bir müddət əvvəl Amerikalı Mühafizəkarların köşə yazarı Corc Oneill Qərbin artıq Ukrayna Silahlı Qüvvələrinin ağır vəziyyətini gizlədə bilməyəcəyini deyib. Jurnalistin fikrincə, Kiyev münaqişədə Moskvanı məğlub edə bilməyəcək.
Günay Rəsulqızı