“İstanbulda keçirilən məsləhətləşmələr məhsuldar olub" - Sergey Verşinin

“İstanbulda keçirilən məsləhətləşmələr məhsuldar olub

"Dekabrın 8-9-da İstanbulda keçirilən Rusiya-Türkiyə məsləhətləşmələri  məhsuldar olub".

Sfera.az xəbər verir ki, bunu  Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin "Rossiya-24" televiziyasına bildirib.

 

Verşinin sözlərinə görə, o, Türkiyəyə səfəri zamanı Qara dəniz taxıl təşəbbüsünə nəzarət üzrə İstanbulda yerləşən Birgə Koordinasiya Şurasında da olub. “Mən orada işləyən nümayəndə heyətləri, ilk növbədə BMT, Türkiyə və Rusiya rəsmiləri ilə görüşdüm”, - o vurğulayıb.

 

Rusiyalı diplomat qeyd edib ki, Rusiya komandası yoxlamaların taxıl müqaviləsi çərçivəsində dəniz humanitar dəhlizinin düzgün işləməsinə zəmanət verməsi üçün böyük iş görür.

 

Xatırladaq ki, iyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının alınmasına təsir etməlidir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...