Rusiya 300 min əsgərlə son və həlledici HÜCUMA HAZIRLAŞIR

Rusiya 300 min əsgərlə son və həlledici HÜCUMA HAZIRLAŞIR

Rusiya 2023-cü ildə böyük hücuma hazırlaşır.

Sfera.az bildirir ki, bu barədə “The Guardian” qəzeti iddia irəli sürüb. Nəşr Ukraynanın yüksək rütbəli rəsmilərinə istinad edib. Məlumata görə, son aylarda Rusiyanın döyüş meydanında uğursuzluqlarına baxmayaraq, yeni hücum gözlənilir. 

 

Ukraynanın müdafiə naziri Oleksi Reznikov da “The Guardian”a müsahibəsində deyib ki, Ukrayna indi özünü Rusiyanın əsas infrastrukturu, o cümlədən enerji şəbəkəsini hədəf alan raket hücumlarından uğurla müdafiə edə bilsə də, Kremlin genişmiqyaslı yeni hücuma hazırlaşdığına dair sübutlar ortaya çıxıb.

 

Reznikov yeni hücumun fevral ayına qədər baş verə biləcəyini söyləsə də, digər yüksək vəzifəli məmurlar bunun yanvarda olacağını bildiriblər. Rusiyanın 300 minə yaxın əsgəri qismən səfərbər etməsinə toxunan Reznikov fikrini bu cür davam etdirib:

 

“Minimal təlim aldıqdan sonra onların yarısından qüvvələri gücləndirmək üçün istifadə edildiyi halda, qalanları gələcək hücumlar üçün daha hərtərəfli hazırlanır. Belə ki, təxminən 150 min nəfər müxtəlif düşərgələrdə təlim kurslarına başlayıb. Çağırışçılar hazırlanmaq üçün minimum üç ay vaxt sərf edirlər. Bu o deməkdir ki, onlar növbəti hücum dalğasına keçən il olduğu kimi, yəqin ki, fevralda başlamağa çalışırlar. Rusiyanın planı belədir”.

 

Ukraynanın müdafiə naziri  həmçinin Rusiyanın yenidən öz vətəndaşlarını səfərbər etməyə davam edəcəyini söyləyib. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...