Ermənistanda Daxili İşlər Nazirliyi yaradılacaq

Ermənistanda Daxili İşlər Nazirliyi yaradılacaq

Ermənistanda Daxili İşlər Nazirliyi yaradılacaq.

Sfera.az xəbər verir ki, Ermənistanın Milli Məclisi “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna "əlavə və dəyişikliklər edilməsi barədə” qanun layihələri paketini 67 səs çoxluğu ilə ikinci oxunuşda qəbul edib. Parlamentdə 6 müxalifət nümayəndəsi qanun layihəsinin əleyhinə səs verib.

 

Qeyd edək ki, Ermənistanda Daxili İşlər Nazirliyi çərçivəsində üç xidmət ümumiləşdiriləcək: xilasetmə xidməti, polis və miqrasiya və vətəndaşlıq xidməti.

 

İrəvanda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti dayandırılır və qurum Daxili İşlər Nazirliyə tabe olacaq. Eyni zamanda Ermənistan  Daxili İşlər Nazirliyinin tərkibinə Polis və Xilasetmə Xidməti daxil edilib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR