Vaşinqton təşviş içində: Şimali Koreya hücum qabiliyyətini artırıb

Vaşinqton təşviş içində: Şimali Koreya hücum qabiliyyətini artırıb

Şimali Koreya ABŞ-a hücum etmək qabiliyyətini xeyli gücləndirib.

Sfera.az bildirir ki, bu barədə ABŞ Konqresinin Tədqiqat Xidmətinin (CRS) ekspertlər qrupu hesabat dərc edib. Qeyd olunub ki,  Vaşinqton Şimali Koreyanın müxtəlif diapazonlu raketlərin sınaqlarının sayının artması, eləcə də digər silahların inkişafı və təkmilləşdirilməsindən son dərəcə narahatdır.

 

 “Pxenyan son bir ildə raket arsenalını əhəmiyyətli dərəcədə artıraraq, ABŞ-a hücum etmək qabiliyyətini artırıb. Şimali Koreya yeni silah növləri hazırlayıb, köhnələrini isə modernləşdirib. İndi isə Pxenyan uzaqmənzilli nüvə raketlərini buraxmaq imkanına malikdir. Bu ölkə balistik raketlərə quraşdırılacaq qədər kiçik “miniatür” nüvə başlığı hazırlamağa nail olub”, deyə hesabatda bildirilib. “CRS”nin məlumatında ABŞ-ın təhlükəsizliyinə yeni təhdidlər arasında Pxenyanın artan kiber imkanları və ondan qisas, casusluq və iqtisadi qazanc üçün istifadə etməsi də vurğulanıb.

 

Qeyd edək ki, 2022-ci ildə Şimali Koreya müxtəlif diapazonlu və tutumlu ballistik raketlərin 60-a yaxın sınağını keçirib. Bu il 2017-ci ildən bəri ilk dəfə olaraq qitələrarası ballistik raketlərin sınaqları reallaşıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...