“Azərbaycanda proqramlaşdırma dillərini bilənlərin sayı sürətlə artır” – Fərid Mehralızadə 

“Azərbaycanda proqramlaşdırma dillərini bilənlərin sayı sürətlə artır” – Fərid Mehralızadə 

Son iki ildə Azərbaycanda proqramlaşdırmanı öyrənənlərin sayı sürətlə artıb.

 

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Fərid Mehralızadə bildirib.

 

F.Mehralızadə qeyd edib ki, proqramlaşdırma dillərinə marağın artmasını rəsmi statistikadan görmək olar: “Dövlət Statistika Komitəsi hər il ölkədə informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarını ölçür. Qurumun ölçdüyü bacarıqlardan biri proqramlaşdırma dillərindən istifadə ilə bağlıdır. Açıqlanan rəqəmlərdən aydın olur ki, son iki ildə Azərbaycanda proqramlaşdırma öyrənənlərin sayı ciddi artıb. Belə ki, 2019-cu ildə ölkədə 15-24 yaşlı gənclərin 1,1 faizi proqramlaşdırma dillərindən istifadə edə bilirdi. 2020-ci ildə həmin rəqəm 2,3 faizə yüksəlib. 2021-ci ildə isə 4,1 faiz olub. Yəni, iki il ərzində az qala 4 dəfə artıb! Son 5 ildə 15-24 yaşlı gənclər arasında proqramlaşdırma dilindən istifadə etməklə kompüter proqramının yazılması bacarığı olanlar isə belədir: 2021 - 4.1%, 2020 - 2.3%, 2019 - 1.1%, 2018 – 1%, 2017 – 0.9%”.

 

Ekspert dedi ki, gənclərlə yanaşı, ümumi əhali arasında da, proqramlaşdırma dillərini bilənlərin sayı artıb. O 15 yaşdan yuxarı bütün əhali arasında proqramlaşdırma dilləri bilənlərin göstəricisinin 2019-cu ildə 1 faiz olduğu halda 2021-ci ildə 3,5 faizə yüksəldiyini vurğulayıb. F.Mehralızadə qeyd edib ki, bununla bağlı göstərici OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində ortalama 6,6 faizə bərabərdir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...