Azərbaycanın neft və qazı olmasaydı, xarici ticarətdə nə qədər kəsir yaranardı? 

Azərbaycanın neft və qazı olmasaydı, xarici ticarətdə nə qədər kəsir yaranardı? 

Azərbaycanın qeyri neft və qaz məhsulları üzrə xarici ticarətində kəsir 1,2 milyard dollardan çox artıb.

 

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin 9 ayında (yanvar-sentyabr) qeyri neft-qaz ticarətində kəsir 5,85 milyard dollara yüksəlib.

 

Ötən ilin eyni dövründə isə kəsir 4,57 milyard dollar idi. Qeyri neft-qaz sahəsi üzrə ticarət kəsirinin artması idxalın ixracla müqayisədə daha çox artması ilə bağlıdır. Ötən il ixrac 1,68 milyard dollar, idxal 6,25 milyard dollar idi. Bu il ixrac 2,04 milyard dollara yüksəldiyi halda idxal 7,89 milyard dollara yüksəlib.

 

Müqayisə göstərir ki, 2022-ci ilin 9 ayında ixracın 0,36 milyon dollar artması müqabilində idxal 1,64 milyard dollar artıb. Buna görə də cari ildə qeyri neft-qaz mallarının ticarətində kəsir böyüyüb.

 

Qeyd edilən sahədə yaranan böyük kəsiri neft-qaz sektoru üzrə əldə edilən böyük profisit artıqlaması ilə kompensasiya edib. Belə ki, neft-qaz sektoru üzrə xarici ticarətdə 27 milyard dollardan çox müsbət fərq yaranıb. Həmin fərq qeyri neft-qaz sahələsində yaranan kəsiri tam örtüb və ümumilikdə xarici ticarətimizdə 21,18 milyard dollar müsbət fərq olub.

 

Deməli, əgər Azərbaycanın neft və qazı olmasaydı, xarici ticarətimizdə milyardlarla dollar məbləğində kəsir yaranacaqdı. Bu ilin sonunda qeyri neft-qaz kəsirinin 8 milyard dollara çatacağı proqnoz edilir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...