Bu məsələdə Britaniyalı hakimlər Ukraynaya kömək edəcək

Bu məsələdə Britaniyalı hakimlər Ukraynaya kömək edəcək

Britaniya hakimləri Ukraynadan olan 90 həmkarına rus əsgərlərinin müharibə cinayətləri ilə bağlı məhkəmə prosesini keçirmək üçün təlim keçəcəklər.



Sfera.az xarici mətbuata istinadən bildirir ki, Böyük Britaniya ukraynalı hakimlərin təlim proqramına 2,5 milyon funt-sterlinq xərcləyəcək.



Artıq ukraynalı hakimlər üçün xüsusi təlimlər başlayıb. Birinci qrup ötən həftə Ukraynadakı gizli məkanda təlim keçib.




Britaniyanın baş prokuroru Viktoriya Prenticenin sözlərinə görə, bu cür təlimlər Ukraynanın hərbi cinayətlərə görə məsuliyyət daşıyan bütün şəxslərin mühakimə olunmasını təmin edəcək.



Ukraynalıların hazırlanmasına bosniyalıların qətliamını təşkil etməkdə ittiham olunan Serbiya Respublikasının keçmiş prezidenti Radovan Karaciçə hökm çıxaran britaniyalı hakim Hovard Morrison rəhbərlik edir.



Morrison deyib ki, əmrləri verən hərbi cinayətkarların mühakimə edilməsi uzun və yavaş bir prosesdir. Karadziçin məhkəməsi isə onun sözlərinə təsdiq edir.


Qeyd edək ki, hazırda Ukraynada 14 rus əsgəri mühakimə olunub, ilk məhkəmə prosesi may ayında baş tutub. Eyni zamanda, ölkədə 43 mindən çox hərbi cinayət qeydə alınıb.



Xatırladaq ki, Hollandiya Rusiya üçün Haaqada xüsusi məhkəmə yaratmağa hazırdır. Xarici işlər naziri Vopke Hoekstra bildirib ki, yeni məhkəmə Beynəlxalq Cinayət Məhkəməsinin işinə mane olmamalıdır.


Bir müddət əvvəl ordudan qaçmaqla Avropaya sığınmağı bacaran rusiyalı hərbçi Nikita Çibrin jurnalistlərə bildirib ki, Rusiya Silahlı Qüvvələrinin sıralarında sadəcə olaraq insanları öldürməyi sevən manyaklar döyüşür.

 

Xanım
 


OXŞAR XƏBƏRLƏR