Səfərbərlikdən qaçan rus mayor Qazaxıstanda həbs edilib - Ermənistana uçmaq istəyib

Səfərbərlikdən qaçan rus mayor Qazaxıstanda həbs edilib - Ermənistana uçmaq istəyib

Qazaxıstanın paytaxtı Astanada Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, mayor Mixail Jilin həbs edilib.



Sfera.az bildirir ki, bu barədə Qazaxıstan məhkəməsinin mətbuat xidməti məlumat yayıb.


Mixail Jilin Novosibirskdə Xüsusi Rabitə və İnformasiya Mərkəzində mühəndis işləyib. O, Ukraynaya müharibəyə göndəriləcəyindən qorxaraq Rusiyanı tərk edib.



36 yaşlı Jilin dövlət sərhədini qanunsuz keçməkdə və fərarilikdə ittiham olunur. Rusiya qanunlarına görə, iki maddəyə əsasən onu 17 ilə qədər həbs gözləyir.



Qazaxıstan mətbuatının yaydığı məlumatda bildirilir ki, sentyabr ayında Jilin səfərbərlikdən yayınaraq Qazaxıstana qaçıb və Rusiya Federasiyasında axtarışa verilib. Qazaxıstanda siyasi sığınacaq almaq istəsə də, ona rədd cavabı verilib.



Mixail Jilin Ermənistana uçmaq istəyib.



Jilin Qazaxıstanı tərk edərək Ermənistana uçmaq istədikdən sonra həbs edilib. Qazaxıstan mətbuatı qeyd edir ki, Jilin Qazaxıstana sərhəd məntəqələrini meşələri qət edərək keçib.



Həyat yoldaşı Yekaterina bir müddət əvvəl övladları ilə Koyanbay sərhəd-keçid məntəqəsindən Qazaxıstana gəldiyini bildirib.

Açıklama yok.

Mixail Jilin Yernazar kəndi yaxınlığında meşədə gəzərkən naməlum kişi ilə qarşılaşıb.



"Həmin kişi yəqin ki, sərhədçilərə onun haqqında məlumat verib. Avtomobilimizi saxlayıb, sənədləri göstərməyi tələb ediblər və faktiki olaraq Mixailin sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olmadığı müəyyən edilib"- deyə həyat yoldaşı təfərrüatları açıqlayıb.


Jilin ailəsi Astana və ya Almatıya gedib qaçqın statusu almaq üçün müraciət etməyi planlaşdırıb, lakin sentyabrın 27-də Mixailə qarşı cinayət işi açılıb. Xanımının dediyinə görə şərti “general” Rusiyada qonşularına baş çəkib və onların harada olması ilə maraqlanıb.



Jilinin övladlarının oxuduğu məktəbə də hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.



Qazaxıstandakı beynəlxalq insan haqları bürosunun rəhbərinin müavini Denis Djivaqa “Novaya qazeta”ya müsahibəsində deyib ki, Qaçqınların statusu haqqında Cenevrə Konvensiyasının normalarına əsasən, hərbi əməliyyatlarda iştirak etmək istəməmək üçüncü ölkədə sığınacaq almaq üçün şərt deyil.



“Formal olaraq, onun Qazaxıstan ərazisində qalması üçün çox az səbəbi var: bizim prokurorlar və hakimlər onu sadəcə olaraq ordudan qaçan şəxs kimi görürlər və bu, Qazaxıstanda de-yure cinayət hesab olunur”-deyə büronun rəhbəri bildirib.



Xatırladaq ki, Ukraynada döyüşmək istəməyən hərbçilərin sayı durmadan artır.



Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərində dekabrın 6-da bir fərari 2 polis əməkdaşına pulemyot atıb.



Britaniya kəşfiyyatı da baraj dəstələrinin yaradılması barədə məlumat verib. Rus ordusunda aşağı əhval-ruhiyyə hökm sürür və əsgərlər müharibədə iştirak etmək istəmir .

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...