Tanınmış aparıcı 50 yaşlı kişi ilə ailə quran qızdan DANIŞDI: “Özü bilər, əri bilər!”

Cəmiyyət
14:08 / 14.12.2022
2203
“Eşitdim, həmin o 17 yaşlı qız Zaurun efirinə zəng edib. Deyib, əcəb eləyirəm, kimə nə? İndi nişanlıyam, 4 ay sonra 18 yaşım olacaq, sonra toy...Haqqı da deyir”.
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Ülvira Qarayeva son günlər müzakirəyə çevrilən, Gədəbəy rayonunda 50 yaşlı kişi ilə 17 yaşlı qızın nişanlanması xəbərinə reaksiya verərkən deyib.
O, sözügedən qızın son açıqlamasını müdafiə edib: “18 yaşdan sonra özü və ailəsi bilər, neçə yaşlı adama və kimə ərə gedir. Ay kişi , 3 dəfə evli olub, 30 yaş böyükdü... Bizə nə?”.
Aparıcı həmçinin paylaşıma gələn şərhlərə də cavab verib. “Kimə nə? Sevir, yoxsa məntiq evliliyidir, kimə nə? Durub cəmiyyət olaraq qızlara ər seçək ? Özü bilər, əri bilər!”, deyə Ü.Qarayeva qeyd edib.
Türkan