Dünyanın ən zəngin adamı artıq Mask deyil - Onu bu şəxs ƏVƏZLƏDİ

Dünyanın ən zəngin adamı artıq Mask deyil - Onu bu şəxs ƏVƏZLƏDİ

Dünyanın zənginlər sıralamasında uzun müddət zirvədə yer alan “Tesla” və “Twitter”in sahibi İlon Mask artıq öz yerini itirib.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb “Tesla”nın bazar dəyərinin xeyli azalmasıdır.

 

Şirkətin bazar dəyəri son günlərdə bir qədər də azalaraq 500 milyard dollardan da aşağı düşüb. “Tesla”nın səhmlərinin ucuzlaşmasından sonra dünyanın ən varlı adamı adına “Louis Vuitton”un rəhbəri Bernard Arnault yiyələnib.

 

“Tesla”nın ucuzlaşmasından sonra Maskın sərvəti 163,6 milyard dollara qədər azalıb. Maskın sərvəti bir gündə 4 milyard dollar azaldığı halda, 2022-ci ildə ümumi sərvət itkisi 106 milyard dolları keçib. Amerikalı milyarderin “kasıblama”sından sonra onun yerini Fransız lüks imperiyasının rəhbəri Bernard Arnault tutub. Arno hazırda 170 milyard dollardan çox sərvəti ilə dünyanın ən varlı adamıdır. Pul siyasətinin sərtləşdirilməsi ilə əlaqədar qlobal bazarlarda kəskin dalğalanmaların yaşandığı ildə Arnaultun sərvəti cəmi 7 milyard dollar əriyib. Arnault dünyanın ən böyük lüks qrupu “Louis Vuitton” və şampan markası “Dom Perignondan” “Christian Dior”a qədər 75 brendin rəhbəridir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...