“Avropa bizlə yeni müharibəyə hazırlaşır” – Rusiyalı deputat

“Avropa bizlə yeni müharibəyə hazırlaşır” – Rusiyalı deputat

Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulevin son çıxışı müzakirələrə səbəb olub.

Sfera.az bildirir ki, deputat Avropanın Rusiya ilə müharibəyə hazırlaşdığını iddia edib.

 

“Sizi əmin edirəm ki, Avropa bu gün qitədə genişmiqyaslı müharibəyə hazırlaşır. Təkcə almanların deyil, italyanların, fransızların, ispanların və portuqalların da döyüşə hazır olduqlarını bəyan edəcəkləri gün uzaqda deyil”, - deyə Qurulev teleqram kanalında yazıb.

 

O, həmçinin əlavə edib ki, Şimali Atlantika Alyansı ölkələri sadəcə olaraq ABŞ-ın öz maraqlarını təbliğ etmək üçün istifadə etdiyi alətdir.

 

Qeyd edək ki, bundan əvvəl fransalı deputat Tyeri Mariani Avropa Parlamentinin Avropanı Rusiya ilə müharibəyə sövq etdiyini bildirmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...

"Anadolu Ankası-2025" təlimləri başladı

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("...