Araik Arutyunyanın “gecə müşavirəsi” – “Sessiyada depressiyaya düşüb”

Araik Arutyunyanın “gecə müşavirəsi” – “Sessiyada depressiyaya düşüb”

Ermənistanın Qarabağda qurduğu separatçı rejimin "rəhbəri" Arayik Arutyunyan Şuşa-Xankəndi yolundakı aksiya ilə bağlı növbədənkənar sessiya çağırıb.

Sfera.az bildirir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. Qeyd olunub ki, qondarma rejimin Təhlükəsizlik Şurasının iclasında yekun bəyanat qəbul olunub və Ermənistan hökumətinə müraciət edilib.

 

Nəşrə görə, mətndə “Hakimiyyət orqanları “Artsax”la Ermənistan arasında fasiləsiz quru əlaqəsini bərpa etmək və vətəndaşların hüquqlarını qorumaq üçün obyektiv və təsirli addımlar atmağa borcludurlar”, deyə qeyd olunub.

 

"Hraparak" həmçinin bildirib ki, qondarma qurumun yayımlanan mesajında problemə  Rusiya Federasiyasının ərazisində baxıldığı vurğulanıb. “Təhlükəsizlik Şurası” dəhlizin bağlanmasını qəbuledilməz hesab edərək, Rusiya sülhməramlı qoşunlarının komandanlığına müvafiq məktub yazmaq qərarına da gəlib.

 

Məlumata görə, sözügedən sessiya bir gün əvvəl gecə yarısından sonra çağırılıb. “Çünki Arayik Arutyunyan dekabrın 12-də Qarabağ ərazisinə birtəhər daxil ola bilib. Rusiya tərəfi ilə fəal danışıqlar nəticəsində dekabrın 11-də Fransadan Ermənistana gələn Arayik və qondarma rejimin digər nümayəndə heyəti əraziyə daxil olmaq üçün sülhməramlılarla demək olar ki, bütün gün danışıqlar aparıblar. Onlar gecə yarısına yaxın uğur qazanıblar, ancaq ölkəyə yalnız Arutyunyanın daxil olmasına icazə verilib. Davit Babayan və digərləri isə İrəvanda qalıblar. Arutyunyan uzadılmış sessiyada depressiyaya düşmüş formada görünüb. O, iştirakçılara problemin həllinin açarının onlarda olmadığını və Paşinyan-Putin danışıqlarını gözləməli olduqlarını açıqlayıb”, deyə "Hraparak" qeyd edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...