“Üç qardaş ölkə qaz nəqlini müzakirə edəcək” – Vüqar Bayramov

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkmənbaşı şəhərinə səfərə gəliblər.
Sfera.az xəbər verir ki, burada Türkiyə, Azərbaycan və Türkmənistan prezidentlərinin Birinci Üçtərəfli Zirvə Görüşü keçiriləcək.
Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Üçtərəfli Zirvə Görüşünün keçirilməsi ilə bağlı fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov qeyd edib ki, bu istiqamətdə aparılan müzakirələr praktiki olaraq Orta Asiya türk dövlətləri ilə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir. O bu görüşdə 3 qardaş ölkənin qaz nəqlini müzakirə edəcəyini də bildirdi:
“Bu kontekstdə bugünkü sammit Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli münasibətlərin dərinləşməsinə imkan verəcək. Türkmənistan strateji olaraq Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsində maraqlıdır. Azərbaycanla Türkmənistan arasında anlaşma var, həmin anlaşmaya əsasən, Türkmənistan mavi yanacağı İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Müqaviləyə görə, illik iki milyard kubmetrədək qazın mübadiləsi nəzərdə tutulur”.
V.Bayramov bildirdi ki, yaxın gələcəkdə Türkmənistan qazı Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkəsinə ixrac edilə bilər. Millət vəkili qaz nəqli, bütövlükdə Türkiyənin enerji ixracatında haba çevrilməsi indiki halda müzakirə edilən məsələdir:
“Bu sammit iqtisadi əlaqələri genişləndirməklə yanaşı, həm də enerji sahəsində yeni addımların atılmasına imkan yarada bilər. Nəqliyyat, logistika və beynəlxalq yük daşımalar da tərəflərin diqqət mərkəzində olan məsələlərdəndir. Üç ölkənin 1,2 trilyon dollarlıq nominal, 4 trilyon 586 milyard dollar real ümumi daxili məhsul istehsalıan malikdir. Bu güclərin birləşməsi türk dövlətlərinin güclənməsinə şərait yaradır”.
Vasif
Sfera.az