İntim videoları yayılan FHN polkovnikinin məhkəməsi başladı – Proses qapalı keçiriləcək

İntim videoları yayılan FHN polkovnikinin məhkəməsi başladı – Proses qapalı keçiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində iş otağında intim videoları yayılan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyevin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Sfera.az xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bundan sonra müdafiəçilər vəsatət qaldırıb.

 

Zərərçəkmiş şəxs qismində tanınan Aytən Nəsirovanın müdafiəçisi Yaser Abdullayev bildirib ki, yayılan görüntülər ictimailəşdirilib və nəticədə Aytən Nəsirova barəsində mənfi ictimai rəy formalaşıb. Vəkil informasiya kirliliyinin qarşısının alınması məqsədi ilə məhkəmənin mətbuata açıq keçirilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili isə vəsatət qaldıraraq məhkəmənin mətbuata qapalı formada keçirilməsini tələb edib.

 

Daha sonra məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin vəkilinin vəsatətini təmin edərək məhkəmənin mətbuata qapalı formada keçirilməsi haqda qərar veriblər.

 

Məhkəmənin növbəti iclası dekabrın 21-nə təyin olunub.

 

Xatırladaq ki, Z. Mirzəyev bu il avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...