Dünyanın ən qədim cins şalvarı satıldı: 114 min dollara... 

Dünyanın ən qədim cins şalvarı satıldı: 114 min dollara... 

Dünyanın ən qədim cins şalvarı hərraca çıxarılıb.

 

Sfera.az bildirir ki, hərrac Nevada ştatının Reno şəhərində keçirilib.

 

Burada cins şalvarlarla yanaşı, “Qızıl hücumu” dövrünə aid 270 ədəd əşya təxminən 1 milyon dollara satılıb. Sözügedən şalvar isə 114 min dollara alıcı tapıb.

 

Məlumata görə, ağ rəngli şalvar 1857-ci ildə Şimali Karolina sahillərində batan gəmidə tapılıb. Əşyaları satışa çıxaran Kaliforniya Qızıl Marketinq Qrupunun icraçı direktoru Divayt Manley "Bu mədən şalvarı Aydakı ilk bayrağa bənzəyir, tarixi bir anı təmsil edir", deyə söyləyib.

 

Sözügedən şalvar Con Dement adlı şəxsin çamadanında aşkar edilib. Şalvarın San-Fransiskoda alındığı güman edilir. Hərrac rəsmiləri əlavə edib ki, ön tərəfində beş düyməli bu model sonradan istehsal edilən iş şalvarlarının ilk nümunələrindən biri ola bilər. Gəminin batmasından 16 il sonra, 1873-cü ildə San-Fransiskoda ilk mavi cins şalvar “Levi Strauss” tərəfindən istehsal olunub.

 

Qeyd edək ki, 1800-cü illərin ikinci yarısında ABŞ-da "qızıl hücumu" dövrü olub. Əşyaların tapıldığı “SS Central America” gəmisi isə fırtınada batıb, 578 sərnişin və ekipajdan 425 nəfər həlak olub. Gəmi ilə birlikdə 21 ton qızıl və malın batdığı təxmin edilir. Qəza 1988-ci ildə aşkar edilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...

"Anadolu Ankası-2025" təlimləri başladı

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("...