Sabit manatın iqtisadi və sosial faydaları 

Sabit manatın iqtisadi və sosial faydaları 

Azərbaycan Mərkəzi Bankı (AMB) və hökuməti ən azından 2025-ci ilə qədər manatın kursunun sabit saxlanılması siyasətini davam etdirmək fikrindədir. Hökumət sabit manatın faydalı olduğuna inanır.

 

Sfera.az xatırladır ki, ölkəmizdə dollar/manat məzənnəsidə sabitlik artıq altıncı ilinə keçib.

 

2017-ci ilin martında kurs 1,7 səviyyəsində sabitləşib və həmin tarixdən bəri məzənnə dəyişmir. Sabit məzənnəyə keçid bir il davam edən üzən məzənnə siyasətindən sonra qərar verilib. 2015-ci ilin dekabrında sonuncu devalvasiyanın ardından üzən məzənnə rejiminə keçilmişdi.

 

Dekabrda bir dollar 1,55 manat olduqdan sonra dollar/manat kursu 2017-ci ilin martına kimi böyük fərqlə dəyişikliklərə uğradı. Yalnız 14 aylıq dəyişiklikdən sonra məzənnə 1,7-də sabitləşdi və həmin tarixdən indiyə qədər ölkəmizdə sabit kurs siyasəti yürüdülür.

 

Qeyd edək ki, manatın kursunun sabit saxlanılması dedikdə milli valyutanın ABŞ dolları ilə məzənnəsinin tənzimlənməsi nəzərdə tutulur. AMB mütəmadi olaraq valyuta bazarına müdaxilə etməklə manatla dollar arasında olan kursun sabitliyini qorumağa çalışır. Digər aparıcı valyutalarla manatın kursunu isə bazar müəyyən edir. Həmin valyutaların dollara qarşı kursunun dəyişməsi əsasında onların manatla olan məzənnəsi də təyin olunur.

 

Bəs, manatın kursunun sabit saxlanılması Azərbaycan iqtisadiyyatı üçün nə dərəcədə əhəmiyyətlidir?

 

Sabit kurs siyasətinin birmənalı olaraq faydalı və ya zərərli olduğunu söyləmək çətindir. Amma ötən 5 ildən artıq müddətdə maliyyə və real sektorda baş verən dəyişikliklər göstərdi ki, sabit manat Azərbaycan iqtisadiyyat üçün faydalıdır. Manatın məzənnəsinin sabit qalması ilk növbədə inflyasiyanı cilovlamağa kömək edir, sahibkarlara qiymət qoymaqda rahatlıq yaradır. Məzənnə sabit olmadıqda qiymət qoyulması zamanı sahibkarlar daha yüksək kursu əsas götürür.

 

Məsələn, üzən rejimdə məzənnə 1,5-1,9 arasında dəyişirsə sahibkar riskdən yayınmaq üçün məhsulun qiymətini 1,9 məzənnəsi ilə götürür. Bu halda qiymətlərdə real olmayan artımlar baş verir, ölkədə inflyasiya səviyyəsi yüksəlir. İnflyasiyanın güclənməsi tələbi zəiflədir və nəticədə mal dövriyyəsində də kiçilmə baş verir ki, bu da sahibkarları zərərə uğradır. Sabit manat sahibkarların və digər iqtisadi subyektlərin xarici borc yükünü də yüngülləşdirir.

 

Məlumdur ki, sahibkarlar ölkə daxilində gəliri manatla əldə edir, sonra onu xarici valyutaya çevirərək xarici borclarının, digər öhdəliklərinin ödənilməsinə yönəldir. Sabit məzənnədə sahibkar öz maliyyə imkanlarını, gözlənilən gəliri daha asanlıqla proqnozlaşdıra bilir, eyni zamanda məzənnədəki kəskin tərəddüdlər səbəbindən əlavə xərclərdən xilas olmağı bacarır. Manatın kursu sabit olduqda dollarlaşma və əhalinin gəlirlərinin sürətlə dəyər itirməsi riski də olmur. Kurs sabit olmadıqda əhali, iş adamları sərbəst vəsaitlərini dollarda saxlamağa çalışır. Bu halda passiv yığımlar yaranır, ölkənin maliyyə aktivlərinə olan tələbatı tam ödənilmir. Amma sabit məzənnədə dollarlaşma zəifləyir və maliyyə vəsaitləri daha çox dövr edir. Sabit manat əhalinin milli valyutada olan real pul gəlirlərinin qorunmasına da imkan verir. Sabit kurs siyasəti həmçinin ölkə iqtisadiyyatına olan inamı artırır və xarici sərmayələrin daha az tərəddüdlə Azərbaycana yönəldilməsini stimullaşdırır.

 

Buna görə də sabit kurs siyasəti hələ Azərbaycan üçün faydalıdır.

 

Sabit manat iqtisadi faydaları ilə yanaşı sosial aspektdən də əhəmiyyətli hesab olunur. Dolların kursunun manata nisbətən yüksəlməsi əhalinin gəlirlərinin real dəyərinin itirməsi anlamını verir.

 

Məsələn, manatla əmanət saxlayan və ya yığım edən insanlar kursun düşməsi səbəbindən həmin vəsaitin alıcılıq qabiliyyəti zəifləyir. Bu cür hallar milli valyutaya olan inamı sarsıda biləcəyindən sabit kurs siyasəti vacibdir. Burada sabit kurs siyasəti əhali arasında manata olan inamı, etibarı qorumağa imkan yaradır. Digər tərəfdən milli valyutanın kursunun dəyişkən olması Azərbaycanda əlavə qiymət artımlarına səbəb ola bilər. Çünki Azərbaycan istehsal məhsullarına olan tələbatının önəmli hissəsini idxal malları hesabına ödəyir. Manatın kursunun dollara nisbətən düşməsi ilə ölkəmizdə izafi qiymət artımlarına və əhalinin xərclərinin artması ilə nəticələnəcək. Sadalanan müsbət təsirləri ilə yanaşı kursun sabitliyinin qorunmasının mənfi iqtisadi nəticələri də olur. Sabit kurs ümumi iqtisadi aktivliyi zəiflədir, xarici ticarətdə rəqbət imkanlarını azaldır. Bir neçə il dollara nisbətən manatın kursunun sabit qalması yerli istehsalçının ixrac etmək imkanlarına mənfi təsir edir. Digər tərəfdən kurs sabit qaldıqda və əhalinin gəlirləri artdıqca idxalın həcmində artım baş verir.

 

Beləliklə, həm müsbət, həm də mənfi təsirləri dəyərləndirdikdə görürük ki, manatın məzənnəsinin sabit qalması indiki şərtlərlə daha əlverişlidir. Gələcəkdə qeyri-neft sektoru üzrə ixrac daha çox artarsa, o zaman, dəyişkən, yəni üzən məzənnə rejiminə keçid edə bilərik.

 

Vasif

Sfera.az

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.

 


OXŞAR XƏBƏRLƏR

Zelenski İrana sanksiya tətbiq etdi

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.   Sfe...

5 ilə qədər həbs cəzası gözləyir: ABŞ Məxfi Xidməti Elon Maska qarşı təhqiqat aparır

ABŞ Məxfi Xidməti Elon Maskın “X” sosial şəbəkəsindəki postunu ABŞ prezidenti Co Bayden və ya Demokratlar Partiyasından namizəd Kamala Harrisə hədə-...

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....