Bu məhsullar qış aylarında həssas dərilərə pis təsir edir

Bu məhsullar qış aylarında həssas dərilərə pis təsir edir

Qışda dəriyə qulluq çox vacibdir.


Mütəxəssislər bildirir ki, kosmetikaya qatılan ətirləndiricilər həssas, hiperallergik dərilərə xüsusilə qışda daha çox zərər verə bilər.

Həssas dərili insanlar qışda daha çox çətinlik çəkirlər. Dəri lopalaşır, quruyur, qırmızı olur və hətta adi kosmetikaya belə pis reaksiya verir.
Qış mövsümündə dəriyə bir çox amillər pis təsir edir: soyuq külək, şaxta, evdəki hava. Bu vaxt kosmetika dəriyə kömək edə bilir, lakin ətirsiz losyonlar və yüngül kremlər seçmək daha yaxşıdır.


Sfera.az bildirir ki, TikTok-da #fragrancefreeskincare həştəqi 39,5 milyard baxışa çatıb və hələ də çoxalmaqda davam edir. Bu mövzudan sonra hava dəyişdikdə dəriyə qulluq zamanı ətirli məhsullardan imtinanı tövsiyə edən skinfluencerlərdən dermatoloqlara qədər izləyicilərə faydalı məsləhətlərlər verib.
 

“Təəssüf ki, ətirli vasitələrdə tez-tez istifadə edilən bəzi inqrediyentlər onları ümumi allergen və qıcıqlandırıcı hala gətirir”-deyə mütəxəssis Charlene Valledor izah edir.
 

Ən çox yayılmış aroma allergenlərindən bəziləri: darçın, izoeugenol, limon və linalooldur. Bu ətirlər dəridə mənfi reaksiyalara səbəb ola bilər.
 

Bu ətirli tərkib hissəsi çox xoş təsir bağışlaya bilər. Lakin bir çoxları üçün dəridəki qoruyucu baryeri qıra bilər, nəticədə qızartı, həssaslıq və dərinin qurumasına səbəb olur.
 

Dərinin qoruyucu baryerinin zədələnməsi isə yad və qıcıqlandırıcı maddələrin dərinə nüfuz etməsinə və infeksiyalar kimi əlavə problemlərə səbəb ola bilər.
 

Ətirli vasitələrlə bağlı ən əsəb pozucu cəhət odur ki, brendlərdən ətrin özünü yaratmaq üçün istifadə olunan inqrediyentləri sadalamaq tələb olunmadığından, adətən inqrediyentləri sadəcə olaraq “ətir” adlandırırlar, tərkibinin nə olduğunu öyrənmək isə hər zaman mümkün olmur. Baxım məhsulunda bu inqridient tam olaraq gizlənir və problemə səbəb ola bilir.
 

Ancaq bu qayda hər kəs üçün deyil. Dermatoloq Dr.İris Rubin deyir: "Bəzi insanların ətirlər və ətirli vasitələrlə bağlı problemi yoxdur".


Kosmetika istənilən halda müəyyən bir qoxuya sahib olmalıdır. Komponentlərin qoxusu bu və ya digər vasitədən imtina etməyə səbəb olmamalıdır. Kosmetik prosedurlardan sonra dərinin nisbətən qalın və quru göründüyünü hiss edirsinizsə, bu məhsullardan qaçmaq lazımdır. Bu çox güman ki, onlara vurulan dadlandırıcılarla əlaqəlidir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...