Kişilərlə yazışan evli bacısını qətlə yetirmiş qardaşa HÖKM OXUNDU

Kişilərlə yazışan evli bacısını qətlə yetirmiş qardaşa HÖKM OXUNDU

Telefonda başqa kişilərlə danışdığı üçün evli bacısı, 1998-ci il təvəllüdlü Nəcibə İsayevanı bıçaqlayaraq qətlə yetirən 1992-ci il təvəllüdlü Rüfət Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az xəbər verir ki, hadisə ötən il dekabrın 4-də Şabran rayonunun Çaraq kəndində baş verib.

 

Belə ki, Nəcibə əri Xangəldi ilə münasibəti pisləşdiyindən 2018-ci ildən ata evində yaşamağa başlayıb. Münasibətinin pisləşməsinə səbəb isə Xangəldinin bir neçə dəfə onu başqa kişilərlə telefonla danışarkən tutması olub. Cütlük ayrı yaşasa da, rəsmən boşanmayıblar.

 

Nəcibə ata evinə köçdükdən sonra qardaşı Rüfət bundan sonra bir daha belə hala yol verəcəyi təqdirdə onu öldürməklə hədələyib və telefondan istifadəni qadağan edib. 4 dekabr günü Rüfət örüşdən qayıtdıqdan sonra Nəcibənin harada olması ilə maraqlanıb və onu evin hamam otağında telefon istifadə edərkən tapıb. Telefonun mesaj bölməsinə baxdıqda adı “Ürəyim” kimi qeyd edilmiş şəxslə sevgi mesajlarını görüb.

 

O, Nəcibədən özünü öldürməsini tələb edib, əks halda bunu özünün edəcəyini xatırladıb. Qadın bağışlanmaq üçün yalvarsa da, Rüfət qarın və bel nahiyyəsindən 15 bıçaq zərbəsi vuraraq Nəcibəni qətlə yetirib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....

Bakının daha bir küçəsi bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti ta...

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...