İnflyasiya “yastıq altında” saxlanan pulları dəyərsizləşdirir – ŞƏRH

İnflyasiya “yastıq altında” saxlanan pulları dəyərsizləşdirir – ŞƏRH

İnflyasiyanın neqativ təsirlərindən biri də əhalinin pul yığımlarının dəyərsizləşməsidir. Qiymət artımları nə qədər yüksək olarsa, o, pulun alıcılıq qabiliyyətini bir o qədər zəiflədir. Buna görə də daha böyük inflyasiya pulun daha çox dəyərsizləşməsi anlamına gəlir.

 

Sfera.az xəbər verir ki, 2022-ci il əhalinin pul yığımlarının dəyərinin xeyli azalması ilə yadda qalacaq. Xüsusən passiv şəkildə qorunan yığımlar daha çox dəyərdən düşəcək.

 

Məlumdur ki, əhali əldə etdiyi gəlirin hamısını istehlak xərclərinə yönəltmir. Gəlirlərin bir hissəsi icbari ödənişlərə (vergi, sığorta və s.), ərzaq, qeyri-ərzaq və pullu xidmətlərin alınmasına sərf edilməklə bərabər müəyyən hissə qənaət formasında saxlanılır. Qənaət edilən pulun bir hissəsi maliyyə vəsaitləri formasında, digər hissəsi qeyi-maliyyə aktivləri şəklində saxlanılır. İnflyasiya qeyri-maliyyə aktivlərini, yəni daşınmaz əmlakı və daşınar əmlakların da qiymətini artırdığından bir qayda olaraq bu cür yığımlar öz dəyərini itirmir. Amma maliyyə vəsaiti formasında saxlanılan yığımların bəziləri inflyasiyanın neqativ təsirlərinə məruz qalır.

 

Bu hal xüsusən passiv formada qorunan yığımlarda özünü göstərir. Başqa sözlə, evdə saxlanılan pulun dəyəri inflyasiyanın səviyyəsinə uyğun dəyər itirir. 2022-ci ildə Azərbaycanda illik inflyasiyanın 14 faiz olacağı proqnoz edilir. Bu o deməkdir ki, evdə saxlanılan hər 100 manat pul dəyərini itirərək 88 manat olacaq. Əgər yığılan pullar illərlə evdə qorunursa, o halda saxlanılan pul daha çox dəyərsizləşir.

 

Rəsmi statistikaya görə Azərbaycanda devalvasiyadan sonrakı dövrdə yüksək bahalaşma qeydə alınıb.

 

Ümumilikdə son 7 ildə qiymətlərdə 66 faiz artım baş verib. Bu müddətdə pulunu evdə qoruyan şəxslər vəsaitlərinin 40 faizini itirmiş olub. 2016-cı ildə evdə saxlanılan hər 1000 manatın hazırkı real dəyəri 600 manatdır. Yəni, 2016-cı ildə 600 manata ala bildiyimiz vəsait üçün indi 1000 manat, yaxud 1000 manata ala bildiyimiz məhsullar üçün 1660 manat ödəmək lazımdır. Buna görə də pul vəsaitlərinin passiv saxlayıb, onu dəyərsizləşdirməkdənsə, nisbətən aktiv formada qorunması daha düzgündür. Bu məqsədlə pulun depozit şəklində, yaxud qiymətli metallar alınmaqla saxlanması məqbul variantlardandır.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tələbələr dövlət başçısı ilə nə danışdı? - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dö...

Nazir müavinləri rayonlara səfər etdinnnn - FOTOLAR

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib.   Sfera.az xəbər verir ki, əvvəlcə Yevlax Şəhər İcra Ha...

Sonaxanım anası ilə bu səbəbədən məhkəməlik olub

"Bəzən valideynlər elə bir hərəkət edir ki, keçmək olmur. Valideynin məhkəməyə, polis idarəsinə, üstünə dələduzluğu atmasını keçmək olar? Səbəblə...

Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır....

Bakının daha bir küçəsi bağlanır

Sentyabrın 21-dən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti ta...

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...