Amerikalılar Trampı ABŞ prezidentliyinə namizəd kimi görmək istəmir
Florida ştatının qubernatoru Ron DeSantis 2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq üçün keçirilən sorğularda liderdir.
Sfera.az bildirir ki, bu barədə “Yahoo News” öz sorğusuna istinadən məlumat yayıb.
Sorğu nəticələri göstərib ki, DeSantis Trampdan 5% səs çoxluğu ilə öndədir. Qeydə alınmış seçicilərin 47%-i qubernatoru dəstəkləyirsə, Tramp üçün bu göstərici 42%-dir.
Jurnalistlər dekabrın nəticələrinin oktyabrın ortalarında aparılan sorğudan kəskin şəkildə fərqləndiyini qeyd edib. Oktyabr nəticələrinə əsasən isə, Tramp 9% səs çoxluğu ilə irəlidə olub. O, ümumi respondetlərin 45%, DeSantis isə 36%-nin səsini toplayıb.
Xatırladaq ki, Tramp noyabrda keçirilən aralıq seçkilərində məğlub olduqdan cəmi bir həftə sonra respublikaçı Cefri Dunkan Donald Trampın artıq Respublikaçılar Partiyasının “siması” olmadığını bildirmişdi. Hal-hazırda Florida qubernatoru Ron DeSantis Donald Trampın yerinə namizədliyini irəli sürür.
Noyabrın 16-da isə Tramp 2024-cü il prezidentliyə namizədliyi üçün müraciət edib və seçki qərargahını qurub. ABŞ-ın keçmiş prezidenti seçicilərə Amerikanı yenidən böyük və şanlı edəcəklərini vəd edib.
Xanım