“Onu öldürdülər” - Dünya Çempionatında ölən jurnalistin qardaşı

“Onu öldürdülər” - Dünya Çempionatında ölən jurnalistin qardaşı

Tanınmış idman jurnalisti Qrant Vahl dünya çempionatının Argentina - Hollandiya matçı zamanı stadionda dünyasını dəyişib.



Sfera.az bildirir ki, Qrant Vahl Dohadakı Lusail Sports Arenada keçirilən 1/4 final matçını işıqlandırmaq üçün gedib və birdən-birə huşunu itirib. Tibbi heyət ürək masajı etsələr də heç bir xeyri olmayıb və xəstə ürək dayanması səbəbindən vəfat edib.



Noyabr ayında Qrant Uol, LGBT icmasının dəstəyinə görə Qətərdə ABŞ komandasının ilk oyunundan kənarlaşdırıldığı zaman dünya gündəminə düşüb. Jurnalist bildirib ki, mühafizə onu girişdə saxlayıb və qadağan edilən göy qurşağı rəngli köynəyi çıxarılmasını istəyib. Qrant Ualın sözlərinə görə, 25 dəqiqədən sonra stadiona buraxılıb, daha sonra FİFA rəhbərliyi və təhlükəsizlik xidməti ondan üzr istəyib.


Qrantın homoseksual olan qardaşı Erik Uol isə sui-qəsd olduğunu iddia edir. O, jurnalistin sağlam olduğunu, lakin ciddi təhdidlərə məruz qaldığını bildirib.



"Qardaşımın sadəcə öldüyünə inanmıram. Onun öldürüldüyünə inanıram. Hər hansı bir kömək istəyirəm"-deyə Erik Uol bildirib..



Həmkarları isə Qrant Uolun özünü pis hiss etdiyini və sinə təzyiqindən şikayətlədiyini deyib. Jurnalistin sözlərinə görə, o, bu yaxınlarda 2022-ci il dünya çempionatının media mərkəzindəki klinikaya bronxitdən şübhələnərək müraciət edib. Həkim öskürək siropu və ibuprofen (iltihab əleyhinə dərman) verib, bundan sonra o qismən yaxşılaşıb.



Grant Wahl həmçinin bədənini yoran ağır iş, gərgin rejim və yuxusuzluqdan şikayətlənibmiş.



ABŞ Futbol Federasiyası Qrant Uolun 48 yaşında vəfat etdiyini təsdiqləyib. Federasiyadan qeyd ediblər ki, mərhum 1990-cı illərdən təxminən 30 il ərzində ABŞ-da futbolun inkişafını işıqlandırıb.



"Bütün ABŞ futbol ailəsi Grant Wahlı itirdiyimizi öyrənəndə sarsıldı”- Federasiyanın mətbuat xidməti öz Twitter səhifəsində yazıb.



1996-cı ildən Qrant Uol Sports “Illustrated futbol və basketbol” jurnalında çalışıb. 2020-ci ildə o, karyerasını özəl davam etdirmək üçün iş yerindən ayrılıb. O, “Grant Wahl” şousu ilə futbol oyunlarını şərh edib və bir neçə kitab da yazıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR