“İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcəyik” - Cozef Borel
Dünya
16:32 / 12.12.2022
8654
Avropa İttifaqı (Aİ) etiraz aksiyalarına qarşı sərt davranış və Rusiyaya hərbi təchizatla bağlı İrana qarşı sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.
Sfera.az "TASS"a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Cozef Borel bildirib.
“Biz İrana qarşı çox sərt sanksiyalar tətbiq edəcəyik. İranlı qadınların və dinc nümayişlərin müdafiəsi üçün istənilən addımı atacağıq”.
Rəsmi bu gün təsdiqlənəcək sanksiyaların eyni zamanda humanitar səbəblər və İranın Rusiyaya hərbi dəstəyi üçün tətbiq edildiyini açıqlayıb.
Əzizə Zeynal