“Torba cırıldı və meyitin qollarını görən qonşu qışqırdı” – Bir qətlin tarixçəsi

“Torba cırıldı və meyitin qollarını görən qonşu qışqırdı” – Bir qətlin tarixçəsi

Şəki Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı yaşlı Aytac Əliyevanı qətlə yetirən 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyeva və 1978-ci il təvəllüdlü Kemale Maksumbekovaya hökm oxunub.

Sfera.az xəbər verir ki, məhkəmədə bu il martın 5-də baş vermiş dəhşətli qətlin detalları üzə çıxıb.

 

Məlum olub ki, Kemale Maksumbəkova Şəkidə 8 yaşlı oğlu Rəsulla birlikdə yaşayıb. Rüfanə ilə də Şəki şəhərində kirayədə yaşayarkən tanış olub və tezliklə dostlaşıblar. Həmin vaxtdan Kemale Rüfanənin Kamran adlı ailəli hərbi qulluqçu ilə 6 illik münasibəti olduğundan xəbərdar olub. Kamran dayısı qızı Aytac Əliyeva ilə ailəli olub və birgə nikahlarından 2019-cu ildə Uğur adlı oğlu dünyaya gəlib. Rüfanə Kamranın ailəli olduğundan xəbərdar olsa da, bu münasibət sonlanmayıb. Kamran ona müxtəlif vədlər verib və Aytacdan boşanacağını deyib.

 

O, ailəsi ilə Qəbələ şəhərində yaşadığından qaldığı hərbi şəhərcikdə Rüfanə üçün də kirayə ev tutub və Aytac evdə olmadığı vaxtlarda Rüfanə ilə qalıb. Amma bütün vədlərinə baxmayaraq həyat yoldaşından boşanmayıb. Rüfanə bu barədə tez-tez Kemaleye danışıb və intihar etmək istədiyini, həyatdan bezdiyin bildirib. İki rəfiqə 2022-ci ilin fevralından başlayaraq Kamranın etdiyi hərəkətlərə görə qisas almaq, həm də uzun müddətdir Rüfanə ilə Kamranın qovuşmasının qarşısını alan rəsmi nigahlı arvadı Aytacı aradan götürmək üçün planlar qurmağa başlayıb.

 

Rüfanə Kemaleye mesaj yazaraq Aytacı qorxutmaq və yaşadığı ünvanı tərk etməsi məqsədilə yanğın törətməyi təklif edib. Kemale bu təkliflə razılaşıb və Qəbələyə gəlib. Gecə iki rəfiqə Aytacın yaşadığı binanın dəhlizinə gedərək orada olan elektrik kabellərinin topa olan hissəsini yerdə olan salafan və kağızlar vasitəsilə yandırıblar. Ancaq çox geniş bir yanğın olmadığından plan baş tutmayıb.

 

Kemalenin ifadəsinə görə, o Şəkiyə qayıtdıqdan sonra yenidən Rüfanə ilə danışarkən onlar Aytacı Kamran evdə olmayanda öldürmələrini və çantaya qoyub binanın zirzəmisinə düşürmələrini qərara alıblar:

 

“Aytacın telefonunu və paltarlarını götürərək onun evi guya könüllü tərk etməsi görüntüsünü yaratmaq istəmişdik. Martın 5-də gecə oğlum Rəsulla birlikdə Qəbələ rayonuna, Rüfanənin evinə getdik. Plan barəsində xeyli danışdıq, Rəsulu da özümlə aparmağı qərara aldım. Aytacın yaşadığı ünvana getdik. Hicabda idim. Binaya girəndə ikimiz də əllərimizə tibbi əlcək, ağızlarımıza qara rəngli maska, başımıza da bazardan aldığımız qara kepkaları qoymuşduq. Dəhlizə girməmişdən əvvəl həyətdən çay daşı götürdüm. Qapını döydüm, Aytac kimliyimi soruşanda qonşu olduğumu və su lazım olduğunu dedim.”

 

Qapı açdılanda Kemale onu itələyərək içəri daxil olub və əlindəki çay daşı ilə Aytacın başına və üzünə çoxsaylı zərbələr vurub. Aytac qışqıraraq qonşuları köməyə çağırdığından Kemale huşsuz vəziyyətə düşənə qədər daşla onun başından vurmağa davam edib. Aytacın azyaşlı oğlu ağladığından Rəsul onu sakitləşdirmək üçün həmin otağa keçib. Daha sonra Kemale özü ilə gətirdiyi skoçu Aytacın ağız və boyaz nahiyyəsinə dolayaraq nəfəsi kəsilənə qədər sıxıb.

 

Səsə qonşular qapını döysələr də, Kemale uşağı yatırdığını deyərək qapını açmayıb:

 

“Qonşu bir neçə dəfə qapını döyüb çıxıb getdi. Aytacı öldürdükdən sonra meyiti Rəsulun köməyi ilə çantaya qoyduq. Evdən dəsmal və uşaq paltarı götürüb qan tökülən yerləri sildim. Çantanın ağzı bağlanmırdı, meyit görünməsin deyə qanı təmizlədiyim dəsmalı, uşaq paltarını və s. əşyaları çantaya qoyduq. Aytacın telefonunu və 250 manat pulu da götürdüm.

 

Evdən çıxanda uşağın evdən çıxmaması üçün qapının içəri tərəfdən üstündə olan açarını götürüb çöldən bağladım. Çantanın  bir tərəfindın mən, digər tərəfindən Rəsul tutaraq 3-cü mərtəbəyə qədər düşdük. Üçüncü mərtəbədə yaşayan bir qadın qapını açıb bizdən kim olduğumuzu və haradan düşdüyümüzü soruşdu. 5-ci mərtəbədən köçdüyümüzü dedim. Artıq 2-ci mərtəbəyə çatanda torba ağırlığa dözməyib cırıldı. Həmin qadın meyitinin əllərini görərək qışqırmağa başladı. Camaatın toplaşacağından qorxub meyit olan çantanı dəhlizdə tullayaraq, Rüfanənin evinə qaçdıq. Daha sonra oradan da Oğuz rayonuna getdik.”

 

Məhkəmənin hökmü ilə Kemale Maksumbekova 17 il müddətinə, Rüfanə Nəbiyeva isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR