Noyabrda bu məhsullar daha çox BAHALAŞDI
2022-ci ilin noyabrında ərzaq malları arasında ən çox bahalaşma tərəvəzlərdə, yumurtada və çay, qəhvə, kakaoda qeydə alınıb.
Sfera.az rəsmi xəbərlərə istinadən bildirir ki, ötən ay ərzində tərəvəzlər 5,7 faiz bahalaşıb.
Yumurtanın qiymətində orta hesabla 3,2 faizlik, çay, qəhvə, kakaonun qiymətində isə 2,8 faizlik aylıq artım olub.
Noyabrda yalnız meyvələr ucuzlaşıb. Meyvələrin dəyəri 2 faiz düşüb. Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox qiymət artımı unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, ucuzlaşma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Vasif
Sfera.az