“Putin bu generalın Kiyevi tutacağına inanır” - “The Telegraph” qəzeti
“Sergey Surovikin Ukrayna üçün təhlükə vəd edir”.
Sfera.az bildirir ki, bu iddia ilə Britaniyanın “The Telegraph” qəzeti çıxış edib.
Qeyd olunub ki, Rusiya ordusunun komandanlığına gəldikdən sonra Surovikin orduda nizam-intizam yaradıb və cəbhə xəttində sabitliyi təmin edib. Nəşr generalının təşkilatçılıq qabiliyyəti və sərt davranışlarını da vurğulayaraq, bunun onu Ukrayna Silahlı Qüvvələri üçün təhlükəli rəqibə çevirdiyini yazıb.
Qəzetin iddialarına görə, Rusiya prezidenti Vladimir Putini Ukraynanın enerji infrastrukturunu kütləvi atəşə tutmağa inandıran da Surovikin olub.
"O, yəqin ki, Kremlin indiyə qədər təyin etdiyi ən səriştəli komandirdir. Putin ondan mühüm hərbi uğur gözləyir", - The Telegraph yazıb.
Bəzi analitiklər isə Surovikinin fevralda Kiyevin “qapısında” olacağına inanırlar.
Günay Rəsulqızı