Elməddinə nə olub? – “Vəəə, əəə, üü…”

Elməddinə nə olub? – “Vəəə, əəə, üü…”

“Bəzi layihələrdə iki yolda qaldım. Bu da mənim öz yalnışım idi. Çünki bir az Türkiyədə, bir az İranda işlədim, bəzi işləri gördüm, təcrübələrindən yararlanmaq istədim. Daha sonra netflix platforması ilə daha yaxından əməkdaşlıq qurdum. Netflixdə çəkilən ilk azərbaycanlı aktyor mən olmuşam. Zamanla dünyagörüşüm, yumora baxışım dəyişdi. Başladım bunu Azərbaycanda da tətbiq etməyə. Bir dəfə tətbiq etdim olmadı, ikinci dəfə tətbiq etdim olmadı, üçüncü dəfə tətbiq etdim yenə olmadı. Geriyə də qayıtmaq istəmirdim. Keyfiyyətli, düşündürücü yumoru edirsən, buna baxmırlar. Bizdə bu keçmir. Bu da bir az məndə psixoloji problemlər yaratdı. Öz-özümə fikirləşdim ki, necə yani? 1990-cı ildə nəyə gülürüksə, 2022-ci ildə də ona gülürük. Təəssüflər olsun ki, heç nə dəyişməyib. Müasir yumor bir az həvəsdən saldı məni. Özümə filmlərdə çəkilmə qadağası qoymuşam. Keyfiyyətli filmlərdə çəkilmək istəyirəm. “Vəəə, əəə, üü” edib, filmlərdə çəkilmək istəmirəm”

 

 Bunu Moderator.az-a məşhur aktyor Elməddin Cəfərov bildirib. O, daha sonra əlavə edib.

 

“Uşaq olanda hansı sənətin sahibi olacağımı bilmirdim. Amma yuxularımda hər zaman o insan kütləsini görürdüm. Hiss edirdim ki, bu yol məşhurluğa uzanır. Düzdür, çox çətinliklər çəkmişəm, ən əsası rəbbim məni qiymətləndirib. Nəticə düşündüyümdən də çox oldu” deyə aktyor bildirib.

 

 Elməddin Cəfərov hər zaman teatrda çalışan sənətkarlara böyük diqqət və qayğı ilə yanaşdığını bildirib.

 

“Universiteti bitirən gənc aktyorlar var. Onlar da teatrda işlə təmin olunmalıdırlar. Teatr rəhbərləri mütləq şəkildə praktika ilə o gəncləri də öyrətməlidir. Onları kim öyrədəcək?! Teatr rəhbərliyi öyrətməyəcək hərhalda. Onlar teatrın korifey sənətkarlarından sənət və həyat dərsi almalıdırlar. Teatrlarımızda barmaq sayı qədər böyük sənətkarlarımız var. Böyük sənətkarlarımıza da bu dəyəri verib, onları teatrda saxlamayacaqsınızsa başqa kimi saxlayacaqsınız?! Onlar çox qalmayıb. Sənətkarları teatrdan çıxararaq küsdürə bilmərik, onlar ömür boyu bizim üzümüzü güldürüblər. 5-10 nəfəri tetarda saxlamaq böyük problem olmamalıdır. Onun tərəfdarı ola bilərdim ki, qocaman aktyorların repertuar yükünü qismən azaldıb, yükü gənclərin çiyninə qoysunlar. Hər zaman sənətkarları layihələrimə dəvət edəndə deyirəm ki, imkan yaradın, biz sizinlə işləyək. Onları dəvət edəndə demirəm ki, gəlin bizimlə işləyin. Onlara küçədə salam verməyin özü mənim üçün böyük şərəfdir. İmkanım olsaydı bir teatr açıb, onlara rollar verərdim. Peşəkarlarla bir səhnəni paylaşanda özüm də peşəkarlaşıram” deyə aktyor bildirib.

 


OXŞAR XƏBƏRLƏR

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...