Nobel Sülh Mükafatının laureatları məlum oldu

Nobel Sülh Mükafatının laureatları məlum oldu

Nobel Sülh Mükafatı laureatlarına mükafatları dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilən mərasimdə təqdim olunub.



Sfera.az “Euronews”a istinadən xəbər verir ki, Nobel mükafatı laureatları 900 000 dollar pul mükafatı və sertifikatlar da daxil olmaqla komitənin mükafatlarını qəbul etmək üçün Norveçin paytaxtına toplaşıblar. Bu il Nobel Sülh Mükafatı Ukrayna Vətəndaş Azadlıqları Mərkəzinə, Rusiyanın "Memorial" hüquq müdafiə təşkilatına və həbsdə olan belaruslu fəal Ales Byalyatskiyə təqdim edilib.


Təqdimetmə mərasimində mükafatı Byalyatskinin yerinə həyat yoldaşı Natalya Pinçuk qəbul edib.

 

Norveç Nobel Komitəsi vətəndaş cəmiyyətinin Ukraynadakı müharibə zamanı avtoritar dövlətlərlə və insan hüquqlarının pozulması ilə mübarizə səylərini tanıdığını qeyd edib.



“Vətəndaş Azadlıqları Mərkəzi” Rusiyanın Ukrayna ərazisində törətdiyi hərbi cinayətləri sənədləşdirir. Təşkilatın lideri Oleksandra Matviyçuk bildirib ki, Ukrayna Rusiya ilə barışıqla razılaşmayacaq, Kiyev isə işğal olunmuş ərazilərdə olan Ukrayna vətəndaşlarına rahatlıq verməyəcək.
 

“Qərb Ukraynaya sağ qalmağa və Krım da daxil olmaqla, müvəqqəti işğal olunmuş bütün əraziləri azad etməyə kömək etməlidir”-deyə o, mükafatı alarkən bildirib.
 

“Avtoritar liderlərin məntiqi çox aydındır: onlar hər hansı dialoq cəhdini zəiflik əlaməti kimi görürlər”.
 

Rusiyanın “Memorial” qrupunun nümayəndəsi Yan Raçinski çıxışı zamanı əlavə edib ki, hazırda Ukrayna təkcə öz müstəqilliyi üçün deyil, həm də sülhsevər beynəlxalq asayişin və dinc gələcək üçün mübarizə aparır.



“Beynəlxalq ictimaiyyət seçim qarşısındadır: bu gün xoşagəlməz vəziyyət, sabah isə fəlakət.



Ales Byalyatskinin həyat yoldaşı onun adından Nobel Sülh Mükafatını alıb. Natalya Pinçuk bildirib ki, yoldaşı bu mükafatı “vətəndaş hüquqlarını müdafiə etmək üçün küçələrdə və internetdə ayağa qalxaraq çıxış edən milyonlarla Belarus vətəndaşına” həsr edib. Həyat yoldaşının dediyinə görə, Ales Byalyatski Sülh Mükafatına layiq görüldükdən sonra onu həbsxanada cəmi bir dəfə görüb.



Natalya mətbuat konfransı zamanı həyat yoldaşından sitat gətirib: "Mən Rusiyaya və Putinə - asılı diktaturaya hansı Ukraynanın yaraşacağını dəqiq bilirəm. Eynilə məzlum xalqın səsinə məhəl qoyulmayan bugünkü Belarusiya kimi".


Xatırladaq ki, Belarus təhlükəsizlik xidməti 60 yaşlı Ales Bialiatski və digərlərini 2021-ci ilin iyulunda Belarus prezidenti Aleksandr Lukaşenkonun əleyhdarlarına qarşı mübarizə çərçivəsində saxlayıb. Ales Bialiatski həbsdə ikən Nobel Sülh Mükafatını alan dördüncü şəxs olub. Namizədlərin birincisi- almaniyalı Karl fon Ossietzki (1935), ikincisi- Myanmalı Aung San Suu Kyi (1991), üçüncü isə -çinli Liu Xiaobo (2010) olub.

 

Aynil

 

Fotoğrafı Aç


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...