“İranın Rusiyaya hərbi dəstəyi artacaq” - Con Kirbi 

“İranın Rusiyaya hərbi dəstəyi artacaq” - Con Kirbi 

“Yaxın aylarda İranın Rusiyaya hərbi dəstəyi artacaq. Tehran Ukraynanı hədəfə almaq üçün Moskvaya yüzlərlə ballistik raket satmağı düşünür”.

 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Ağ Evdəki strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

 

Kirbi “Amerikanın səsi”nə açıqlamasında söyləyib ki, ABŞ Rusiya-İran əməkdaşlığını zəiflətmək üçün təmas qrupu yaratmağı planlaşdırır:

 

"Biz gözləyirik ki, İranın Rusiya ordusuna dəstəyi yaxın aylarda artacaq. Hətta İran Rusiyaya yüzlərlə ballistik raket satmağı düşünür. Bundan başqa Rusiyada kamikadze dronların birgə istehsalının təşkili də nəzərdən keçirilir. Biz İranı kursunu dəyişməyə və bu hərəkətlərə əl atmamağa çağırırıq”.

 

Kirbi deyib ki, Moskva da öz növbəsində Tehrana yüksək səviyyədə hərbi və texniki dəstək verir:

 

“Rusiya İranı qabaqcıl hərbi texnika ilə təmin etmək niyyətindədir. Siyahıya hava hücumundan müdafiə sistemləri və helikopterlər daxil ola bilər. Yazda iranlı pilotların Rusiyada “Su-35”də təlim keçdiyi barədə də məlumatlar var. Bu qırıcıların Tehrana təhvil verilməsi gələn il ərzində gözlənilir və onlar İranın aviasiyasını regional qonşuları ilə müqayisədə xeyli gücləndirəcək. Ağ Ev hesab edir ki, iki ölkə arasında əməkdaşlıq təkcə Ukrayna üçün deyil, həm də İranın qonşuları üçün təhlükəlidir”.

 

UNİAN xatırladır ki, bundan əvvəl Ağ Evin digər rəsmisi Rusiyanın pilotsuz təyyarələr müqabilində İranı ən son silahlarla təchiz etdiyini bildirmişdi.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...