Messi yenə gündəm oldu - "Get burdan, bu qədər..."

Messi yenə gündəm oldu -

Qətərdə 2022-ci il dünya çempionatı davam edir.

 

Sfera.az xəbər verir ki, dünən, dekabrın 9-da bu çempionatın ən maraqlı oyunlarından biri baş tutub. Belə ki, Argentina yığması ¼ finalda Hollandiya komandası üzərində penaltilər seriyasında qalib gəlib. Bununla da komanda Braziliya yığmasını yarışdan kənarlaşdıran Xorvatiya komandası ilə mübarizə aparacaqları yarımfinala yüksəlib.

 

Məlum olduğu kimi, Argentina – Hollandiya matçı bütün aspektlərdə hədsiz dərəcədə gərgin mübarizə şəraitində keçib, futbolçular arasında mütəmadi olaraq toqquşmalar və mübahisələr olub. Kameraların qeydə aldığı kimi, oyundan sonra da etirazlar sakitləşməyib və mübahisələr hətta paltardəyişmə otağına gedən yolda da davam edib.

 

Belə ki, jurnalistlər Messinin Hollandiya millisinin futbolçusu Vut Veqhorstu necə təhqir etdiyini lentə alıblar.  "Get burdan. Axmaq, bu qədər nəyə baxırsan, axmaq, get buradan”, - deyə Messi futbolçuya müraciət edib.

 

Maraqlıdır ki, Messi hər şeyin lentə alındığını çox gözəl bilirdi, çünki həmin an müsahibə verirdi, lakin hər halda, emosiyalarına hakim ola bilməyib. Bu hadisədən sonra internetdə Messiyə qarşı daha bir kampaniyanın başladığı görünür. Azarkeşlər iddia edirlər ki, Messinin heç bir halda rəqibin futbolçusu ilə belə danışmağa haqqı yoxdur.

 

Xatırladaq ki, Argentina millisinin lideri Meksika millisi ilə qrup mərhələsinin oyunundan sonra Meksika formasını yerə ataraq qalmaqalın mərkəzində olmuşdu.

 

İnci


OXŞAR XƏBƏRLƏR

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...

Gədəbəydə Birinci Qarabağ müharibəsinin şəhidi Bilal Qəhrəmanov dəfn edildi

Qalıqları Şuşa rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovla Gədəbəy ray...