Müharibədə qalib gələn tərəf yoxdur - Ərdoğan Putin və Zelenski ilə telefon danışığı aparacaq

Müharibədə qalib gələn tərəf yoxdur - Ərdoğan Putin və Zelenski ilə telefon danışığı aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı planlaşdırdığını bildirib. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışmaq niyyətindədir.



Sfera.az bildirir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.



Ərdoğan qeyd edib ki, Putinlə söhbətin mövzusu taxıl dəhlizi olacaq. Lakin o, Zelenski ilə nə barədə danışacağını hələ dəqiqləşdirməyib.



Türkiyə prezidenti həmçinin bildirib ki, Türkiyənin Ukraynadakı müharibəni dayandırmaq üçün diplomatik səyləri ona yönəlib ki, müharibədə qalib, sülhdə isə məğlub tərəf ola bilməz.



Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bütün dünyaya ciddi siyasi, humanitar və iqtisadi ziyan vurub. Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, o, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.



“Eyni zamanda, biz Rusiyanın ağılasığmaz siyasət vasitəsilə regionda ziddiyyətlərin qızışdırılmasına qarşı çıxmışıq”- deyə o bildirib.



Türkiyə prezidenti Rusiya və Ukrayna prezidentləri ilə çoxsaylı danışıqları barədə də danışıb. O, Ankaranın bütün səylərinin Qara dəniz regionunda sülhün əldə olunmasına yönəldiyini vurğulayıb.



"Rusiya ilə Ukrayna arasında İstanbul dialoq prosesinin kəsilməsinə baxmayaraq, bu platforma hələ də uzunmüddətli sülh üçün ən ideal platforma olaraq qalır"- deyə Ərdoğan bildirib.



Xatırladaq ki, Vladimir Zelenski Ukraynada sülh prosesinin yeni ildən tez gələ biləcəyini qeyd edib. Zelenski ölkədə sabitliyin qorunmasına və milyonlarla insanın müharibədən sağ çıxmasına kömək edən Avropadakı bütün müttəfiqlərə təşəkkür edib.



Dekabrın 7-də isə Vladimir Putin Ukraynada müharibənin uzun sürən prosesə çevrilə biləcəyini qeyd edib. O hesab edir ki, işğalın əsas nəticəsi Ukrayna ərazilərinin və hazırda ruslarla birlikdə yaşayan insanların ilhaqı olmalıdır.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...